Şəkər çuğunduru istehsalına nə mane olur? - Ölkəni idxaldan asılı edən SƏBƏBLƏR

Şəkər çuğunduru istehsalına nə mane olur? - Ölkəni idxaldan asılı edən SƏBƏBLƏRDünya bazarında bəzi ərzaq məhsullarının ucuzlaşmasına baxmayaraq, ölkəmizdə həmin məhsullar üzrə qiymətlər ya dəyişməyib, ya da əksinə, bahalaşma müşahidə olunub. Bu baxımdan, şəkər tozunun qiymətinin ucuzlaşması gözlənilsə də, bu, baş vermədi.
Maraqlıdır, bunun səbəbi nədir?
Ekspertlərin ortaq qənaətinə görə, bunun başlıca səbəblərindən biri istehsal və biznes sektorunda inhisarçı mövqeyə malik olan işbazların fürsətdən yararlanmaq cəhdləridir. Digər səbəb kimi isə bir sıra ərzaq məhsulları üzrə idxaldan əhəmiyyətli dərəcədə asılılığımızdır.
Statistik məlumatlara görə, Azərbaycan daxili ehtiyacını qarşılamaq üçün şəkər xammalının 94 faizini idxal edir. Bu, kifayət qədər böyük rəqəmdir və ölkənin sözügedən məhsul üzrə idxaldan tam asılılığını şərtləndirir. Fakt isə ondan ibarətdir ki, Azərbaycanın şəkər çuğunduru üzrə idxaldan asılılığını minimuma endirmək üçün böyük potensialı mövcuddur.  İşğaldan azad edilmiş ərazilərdə şəkər çuğunduru istehsalını stimullaşdırmaq bu istiqamətdə əhəmiyyətli addım ola bilər.
Şəkər çuğunduru istehsalına nə mane olur? - Ölkəni idxaldan asılı edən SƏBƏBLƏRİqtisadçı ekspert Akif Nəsirli mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında deyib ki, ölkəmizdə şəkər çuğunduru əsasən Aran bölgələrində becərilir:
"Ötən il 5 min hektara yaxın şəkər çuğunduru əkilib. Hər hektardan orta hesabla 40 sentner məhsul tədarük olunub. Bu isə ölkə əhalisinin tələbatını tam ödəmir. Ona görə də şəkər tozu və şəkər istehsalı ilə məşğul olan İmişli Şəkər zavodu xaricdən yarımfabrikat (əlavə emal tələb edən) məhsullar almağa məcbur olub. Halbuki ölkədə bu məhsulun istehsal potensialı böyükdür. Görünən odur ki, İmişli Şəkər zavodu fermerlərlə işi düzgün qura bilmir, onlarla aşağı qiymətə müqavilə imzalayır. Ötən il şəkər çuğundurunun tonu 65 manatdan qəbul edilib, bu il isə qiyməti 69 manata qaldırıblar. Zavod bu sahədə monopolist mövqedə olduğuna görə bazara diqtə edir".
Ekspert problemin bununla bitmədiyini vurğulayaraq, məhsuldarlığın artırılıması üçün daha münbit torpaqlara ehtiyac duyulduğunu da önə çəkib:
"Şəkər çuğundurunun əkin sahələrinin genişləndirilməsi və yüksək məhsuldarlığın əldə edilməsi üçün Qarabağ iqtisadi zonasında kifayət qədər torpaq sahələri var. Düşünürəm ki, həmin ərazilər istehsal dövriyyəsinə qayıtdıqdan sonra həm çuğundurun becərilməsinə maraq artacaq, həm də məhsuldarlıq yüksələcək".
Vaqif Nəcəfov,
KONKRET.az

Sosial       Tarix: 15 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind


azerbaycan xeberleri son xeberler yeni xeberler gunun xeberleri bu gunun xeberleri haqqinda melumat xəbərlər.com maraqlı xəbərlər