Şəkər tozu yenidən bahalaşacaq - XƏBƏRDARLIQ

Şəkər tozu yenidən bahalaşacaq - XƏBƏRDARLIQAzərbaycanda pərakəndə və topdan satılan şəkər tozunun qiymətində artım müşahidə edilir. Pərakəndə satılan şəkər tozunun bir kiloqramının qiymətində 10-20 qəpik, topdan satılan şəkər tozunun (50 kiloqramlıq) qiymətində isə 3-4 manat artım olduğu bildirilir. Bundan başqa, marketlərdə şəkər tozunun məhdud sayda satılması barədə xəbərlər dolaşır.
Ümumilikdə, şəkər qıtlığı yalnız Azərbaycanda deyil, digər ölkələrdə də müşahidə edilir. "Reuters" agentliyi "Green Pool" analitik agentliyinə istinadən yazır ki, bu il şəkər istehsalında 1.01 milyon ton həcmində kəsirin qeydə alınacağı gözlənilir. 
Məlumat üçün bildirək ki, 2023-cü ilin ilk 6 ayında Azərbaycana 103 milyon dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edilib. 
Ölkədə şəkər qıtlığının səbəbi nədir? Gündəlik tələbat malları içərisində önəmli yer tutan şəkərin qiymətində daha çox artım ola bilərmi?
Mövzu ilə bağlı Modern.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli şəkər tozu qıtlığının yaranma səbəblərini belə izah edib:
"Mövsümlə əlaqədar olaraq şəkər tozuna tələbat artıb. Yəni insanlar kompot və ya mürəbbə bişirirlər. Qış üçün şəkərlə tədarük olunan məhsulların artmasına görə tələbat da çoxalır. Bunun nəticəsində əvvəlki qayda ilə tədarük olunan şəkər tozunun qıtlığı yaranır, bu isə öz növbəsində qiymətin artmasına səbəb olur".  
Ekspertin fikrincə, qiymət artımının qarşısını almaq mümkündür:
 "Ölkə daxilində ən böyük şəkər istehsalçısı "Azərşəkər" zavodudur. O zavodla hökumət arasında müəyyən razılaşma olmalıdır ki, yay aylarında şəkərə olan tələbatın artması nəzərə alınsın. Məhsulu başqa aylarda tədarük edib, yay aylarında daha geniş şəkildə satışa çıxarmaq olar. Bugünkü qiymət artımını aradan qaldıra bilərik. Amma zavodun işi də tənzimlənməlidir. Ölkədəki əsas şəkər istehsalçısı İmişlidəki şəkər zavodudur.  Məsələn, yanvar ayından indiyə qədər şəkər zavodu təqribən 20 min ton şəkər ixrac edib. Həmin ixracatın 3-5 tonunu saxlayıb yay aylarında satışa çıxarsa, həm artan tələbat ödənilər, həm də şəkərin qiyməti sabit qalar. Rəqabət mühiti olmadığına görə zavod buna əhəmiyyət vermir. Hökumət bu barədə zavoda tapşırıq verməlidir".
Akif Nəsirli düşünür ki, şəkər tozunun qiyməti sentyabr və oktyabr aylarında yenidən arta bilər:
"Zavod şəkəri tələbata uyğun bazara çıxara bilməsə, sentyabr və oktyabr aylarına qədər şəkər tozunun məhdud sayda olması halı davam edəcək. Ümumi qiymət artımına uyğun olaraq, şəkərin 5-10 qəpik bahalaşması mümükündür. Ancaq həddindən artıq qiymət artımının olacağını düşünmürəm. Çünki dünya bazarında şəkərin qiyməti o qədər də baha deyil".
İqtisadçı ekspert Natiq Cəfərli də qiymətlərdə artma ehtimalının olduğunu vurğulayıb.
"Şəkər tozunun qiymətinin artmasının bir neçə səbəbi var. İlk növbədə Azərbaycanda şəkərin yerli istehsalı alınmadı. Yerli istehsal adı altında bazarda olan şəkər tozu Rusiya və Ukraynadan gətirilib, burada yerli şirkətlərin adı ilə qablaşdırılırdı. İmişlidəki şəkər zavodu gözləntiləri doğrultmadı. Yerli istehsalımız olmadığına görə bazara təsir imkanlarımız da yoxdur", - o qeyd edib.
Ekspert xatırladıb ki, Rusiya avqustun birindən şəkər tozunun ixracatına ciddi məhdudiyyətlər qoyub.
"Azərbaycana şəkər tozunun böyük bir hissəsi Rusiyadan gətirilirdi. Məhdudiyyətlərin qoyulması qiymətlərə təsir göstərdi. Azərbaycan əsasən Ukraynadan da şəkər tozu alırdı. Lakin Rusiya-Ukrayna müharibəsinə görə son zamanlar logistika tamamilə pozulub və bununla əlaqədar şəkər tozunu bu ölkədən ya satın almaq mümkün olmur, yaxud az miqdarda ala bilirik. Təəssüf ki, gözləntilərə görə qiymətlərin daha çox artması ehtimalı da var". / azxeber.com

İqtisadiyyat       Tarix: 04 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xeberler sou xeberler bugun hava haqqinda xeberler bu gun