Şəkidə avtomobil yanaraq yararsız hala düşdü
Şəkidə avtomobillərin təmiri servisində yanğın olub, təmirə saxlanılmış minik avtomobili yanaraq yararsız hala düşüb.
KONKRET.azxəbər verir ki, yanğın hadisəsi axşam saatlarında Şəki şəhəri, Z. Əliyeva küçəsində fəaliyyət göstərən ümumi sahəsi 600 kv/m olan və 9 avtomobil təmiri sexindən ibarət servisdə baş verib.
Yanğın servisin sexlərindən birində təmir üçün qoyulmuş rayon sakini Rafiq Qüdrət oğlu Həsənova məxsus minik avtomobilində qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikları və şəxsi heyəti cəlb edilib.
Yanğının genişlənərək bitişik sexlərə keçməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində minik avtomobilinin yanar konstruksiyaları və sexin tavan hissəsi yanıb.
Bitişik tikilən digər sexin isə tavanı 5 kv/m sahədə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.//Apa
Xidmetler [newsid: 0-123300]

Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
Dünya bazarında neft ucuzlaşdı
"Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ
Rejim dəyişikliyi yoxsa hakimiyyətin xilası? – İranda nələr baş verir?
Hakan Fidan Rusiyaya səfər edəcək
Elçibəy Heydər Əliyevə üç dəfə xüsusi təyyarə göndərmişdi
Fərhad Mehdiyevin qızı faciəvi şəkildə həyatını itirdi
Ağ Ev yaxınlığında HƏYƏCAN - Hücum edildi
Əməkdar mədəniyyət işçisi ağır qəzaya düşdü - Fotolar
DÇ-2026: Argentina və Fransa mübarizəyə qoşulur
Fransa və Argentina mübarizəyə qoşulur - DÇ-nin təqvimi
Türkiyədə avtomobilin dərəyə aşması nəticəsində 3 uşaq ölüb
Sumqayıtda 4000 manatlıq qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən saxlanıldı
Avropa Liqası: "Qarabağ"ın rəqibi bəlli olacaq
Mən olmasaydım, İsrail mövcud olmazdı - Tramp