Şəkidə evin qəsdən yandırıldığı iddia edilir
Şəkinin Baş Göynük kəndində yanğın hadisəsi qeydə alınıb.
azxeber.com "Unikal"a istinadən xəbər verir ki, kənd sakini Fazil Əhmədova məxsus, ümumi sahəsi 190 kvadratmetr olan 4 otaqdan ibarət yaşayış evində yanğınla bağlı məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi səfərbər olunub.
Hadisə barədə gec məlumat verilməsi və kəndin ucqarda yerləşməsi yanğın miqyasının genişlənməsi və qarşısının alınmaz olmasına səbəb olub. Nəticədə evin yanar konstruksiyaları əşyaları ilə birlikdə yanıb. Həyata keçirilən tədbirlərlə yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, ev sahibi Fazil Əhmədov onun evinin qəsdən yandırıldığını iddia edir. Belə ki, yanğından sonra mənzilə baxış keçirilərkən məlum olub ki, evdən qızıl-zinət əşyaları və pul oğurlanıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, Baş Göynük kəndində fərdi yaşayış evində yanğın baş verməsi və sonradan oğurluq edilməsi iddiaları ilə bağlı ərazi üzrə polis orqanında araşdırma başlanılıb.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma