Şəkidə QƏZA: Bir ailənin üç üzvü olmaqla beş nəfər xəsarət aldı
Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.
azxeber.com APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 01:00 radələrində Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.
1993-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Elvin Mikayıl oğlu Abdullayev idarə etdiyi minik avtomobili ilə Şəki şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı binaya çırpıb.
Qəza zamanı müxtəlif bədən xəsarətləri alan sürücü E. Abdullayev, anası 1968-ci il təvəllüdlü Gülarə Öysət qızı Abdullayeva, həyat yoldaşı 2002-ci il təvəllüdlü Mətanət Hüseyn qızı Abdullayeva, daha iki nəfər yaxın qohumu 1961-ci il təvəllüdlü Raziyyat Məhəmməd qızı Abdullayeva və 1986-cı il təvəllüdlü Şəhanə Arzuman qızı Abdullayeva Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Yaralılar Şəki RMX-da müayinə olunduqdan sonra xəsarətləri yüngül olduğu üçün ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Turlar.az [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat