Səkkiz uşaq, bir ana köməksiz vəziyyətdə: "Qaynı gecələr içir, gəlib evdən çıxarır" - FOTO

Səkkiz uşaq, bir ana köməksiz vəziyyətdə: Səkkiz uşaq, bir ana köməksiz vəziyyətdə: "Qaynı gecələr içir, gəlib evdən çıxarır" - FOTO
Cəlilabad rayonunun Uzuntəpə kəndində səkkiz uşaq və bir ana çətin vəziyyətdə yaşayırlar.
Bu barədə Oxu.Az-a qonşu kənddə (Göytəpədə) yaşayan Nuridə Şəbiyeva məlumat verib.
Onun sözlərinə görə, ailə başçısı Xəyalə Ağayevanın imkansızlıqdan heç telefonu da yoxdur:
Səkkiz uşaq, bir ana köməksiz vəziyyətdə: "Onlar çətin vəziyyətdə yaşayırlar. Yardım toplamağa çalışırıq. Hazırda qaynının köhnə evində müvəqqəti olaraq qalırlar. Ev də şəraitsizdir. Qaynıgil ev köhnə olduğu üçün qalmırlar. Qaynı da içki içəndir. Gecə gəlib deyir ki, "çıxın evdən". Xəyalənin yoldaşı bir ilə yaxındır ki, ailəsini atıb, gedib. Usta işləyirdi. İş adı ilə ailəsini tərk edib və bir daha əlaqə saxlamayıb. Xəyalə yoldaşının harada olduğundan xəbərsizdir. Yoldaşı olan zaman da ata evinin yanında daxma tikib yaşayırmışlar. Bir gün ev uçub. Ev uçduğu üçün buraya sığınıblar".
N.Şəbiyeva ailənin daimi gəlir yerinin olmadığını qeyd edib:
"Onların köməyə ehtiyacı var. Səkkiz uşaqdan beşi oğlan, üçü qızdır. Qızların 13, 17, 18; oğlanların 4, 6, 16, 18 yaşları var. Ən kiçik oğlan isə altıaylıqdır. Daimi gəlir yerləri yoxdur. Ən böyük oğlanları kafe-restoranlarda çalışırlar. Qohum, qonşu da nəyə gücü çatır, kömək edirlər.
Səkkiz uşaq, bir ana köməksiz vəziyyətdə: Xəyalə Ağayevanın 38 yaşı var. O, çiyələk sahələrində fəhlə işləyirdi. Son vaxtlar səhhətində problem olduğu üçün işləyə bilmir".
Nuridə Şəbiyeva kiçik uşaqların məktəbə getmədiklərini əlavə edib:
Səkkiz uşaq, bir ana köməksiz vəziyyətdə: "Böyüklər bir müddət məktəbə gediblər. Lakin balacalar getmirlər. Oğlan biri məktəbə gedə bilməyib, imkanları çatmayıb. Digəri isə xəstə olduğu üçün gedə bilməyib".
Cəlilabad Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ailə daim nəzarət altındadır:
"Xəyalə Ağayeva yardım üçün bizə müraciət edib. Ona maddi yardım göstərilib. Ailə nəzarətdə saxlanılır".
Qonşuların köməyi ilə Oxu.Az-ın əməkdaşı yardıma ehtiyacı olan Xəyalə Ağayeva ilə əlaqə yarada bilib.
X.Ağayevanın sözlərinə görə, onlara heç bir yardım göstərilmir:
"Ürəyim xəstədir. Müalicə almışam. Ürəyimdə tromb var. Damar tıxanıb. Danışmaqda da çətinlik çəkirəm. İşləməyə də icazə yoxdur. Övladlarımdan dördü məktəbyaşlıdır, ikisinin də 18 yaşı var, məktəbyaşlı deyil. Digər ikisi də balacadır, onlar xəstədirlər.
Dəfələrlə icra hakimiyyətinə getmişəm. Məni qəbul etməyiblər. Sosial müavinət belə, almıram. Bayramda yardım edəcəklərini söylədilər. Bayramdan sonra zəng etdilər ki, "gəl, 50 manatı götür". Yalandan yardım etdiklərini deyirlər. Lakin etmirlər. Qonşular sağ olsunlar, kömək edirlər. Çox çətin vəziyyətdəyik".
Səkkiz uşaq, bir ana köməksiz vəziyyətdə: X.Ağayevanın hazırda bütün ümidi yardımsevər insanlaradır. Qeyd edək ki, telefonları olmadığı üçün onun adına açılan bank kartının fotosu da qonşular tərəfindən lentə alınıb.
Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma başlayıb:
"Məsələ nəzarətə götürülüb. Xanım ilə əlaqə saxlanılıb. Xəyalə Ağayevanın həyat yoldaşı ilə rəsmi nikahı yoxdur. Qeyri-qanuni həyat yoldaşı uşaqlara atalıq da verməyib. Ata Bakı şəhərində yaşayır. Bələdiyyəyə torpaq verilməsi üçün müraciət edib. İcra hakimiyyəti müvafiq köməklik edib. Ailə nəzarətə götürülüb. Məsələ daim nəzarətdə saxlanılacaq".
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid

Maraqlı       Tarix: 29 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət


yeni xeberler son xeberler azerbaycan xeberleri bu gunun xeberleri en son xeberler bu gun bugunun xeberleri son xeberler az