"Səmərqənd mühüm beynəlxalq siyasi mərkəzə çevrilib" - İlham Əliyev
"Mən artıq Özbəkistanla kifayət qədər yaxşı tanışam və deməliyəm, birmənalı şəkildə qeyd etmək olar ki, Səmərqənd mühüm beynəlxalq siyasi mərkəzə çevrilib".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Səmərqənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşü zamanı bildirib.
"Həqiqətən son vaxtlar biz çox yaxınlaşmışıq. Fikrimcə, bu da bizim əcdadlarımızın iradəsidir və xalqlarımız arasında tarixi qardaşlıq əlaqələri məcrasında baş verir. Yeddi ay ərzində üçüncü dəfədir ki, Özbəkistana səfər edirəm. Hər dəfə şəxsən Sizə və qardaş özbək xalqına böyük məhəbbətlə, böyük hörmətlə gəlirəm və burada olandan sonra Sizin rəhbərliyinizlə Özbəkistanın qazandığı böyük nailiyyətlər haqqında danışıram. Daşkəndi, Xivəni, Səmərqəndi ziyarət etmək kifayətdir. Mən artıq Özbəkistanla kifayət qədər yaxşı tanışam və deməliyəm, birmənalı şəkildə qeyd etmək olar ki, Səmərqənd mühüm beynəlxalq siyasi mərkəzə çevrilib. Ona görə ki, burada dünya liderlərinin iştirakı ilə dünya səviyyəli müxtəlif beynəlxalq tədbirlər keçirilir. Bu münasibətlə də Sizi təbrik edirəm", – dövlət başçısı vurğulayıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü