"Senatorların bağırtılarının dövlətimizin siyasi rəhbərliyinə qətiyyən təsiri ola bilməz" - AÇIQLAMA

Qərbin Azərbaycana qarşı apardığı kampaniya davam edir. Fransanın dəstəyi ilə həyata keçirilən anti-Azərbaycan kampaniyasının kökündə ölkəmizə nifrət, kin aşılanır. Erməni "sevgisinin" təsirindən qurtara bilməyən Qərb həm də xristian təəssübkeşliyi nümayiş etdirir. Uzun müddət Azərbaycanın işğalına göz yuman Qərb indi ermənilərin "soyqırıma" məruz qalmasından narahatdır. Ermənilərdən daha çox erməni kimi görünənlər həm də öz məqsədlərinə çatmaq üçün erməni kartından istifadə edir.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycanın uğurları Fransa və Qərbin bir sıra dairələridə kifayət qədər qısqanclıq və gözügötürməzlik duyğuları yaradıb:
"Bu məsələdə dəstənin başını Fransa çəkir. Fransa gah BMT-yə, gah Avropa Şurasına müraciət etməklə Azərbaycan haqqında müxtəlif qətnaməlar çıxarılmasına səy göstərir, Azərbaycanı bir növ təhdid edir. Amma ən qəribəsi odur ki, təcavüzkar Ermənistan 30 il ərzində bizim torpaqlarımızı işğal altında saxlayarkən, insanlara qan uddurarkən və onları etnik təmizləməyə məruz qoyarkən nə həmin ölkələr, nə də beynəlxalq təşkilatlar ciddi addım atmadılar.
İndi ermənilərin bir qismi Qarabağın dağlıq hissəsindən çıxıb gedib. Onların geri qayıtmaq ehtimalı da var. İndi bunun ətrafında geniş bir həngamə açıblar. Azərbaycan gedən adamları hətta saxlamağa çalışırdı, onlara izah olunurdu ki, getməyin, qalıb qonşuluq şəraitində yaşayacaqsınız. Amma onlar getməyə üstünlük verdilər. Çünki onların çoxu günahkar idi, əlləri qana batmışdı. Bunu şişirdib müxtəlif don geyindirərək Azərbaycanı etnik təmizləmədə ittiham etməyə başlayıblar. Amma Azərbaycan əleyhinə aparılan kampaniyalara baxmayaraq, biz öz işimizi görmüşük, ərazi bütövlüyümüzü təmin etmişik. Bu zaman çox humanist və ehtiyatlı yanaşaraq mülki insanların heç birinə zərər yetirməmişik, suverenliyimizi təmin etmişik.
Bundan sonra kimlərinsə təhriki, kimlərinsə təzyiqi ilə ermənilərin bir qismi bu əraziləri tərk ediblər. Bunun üçün Azərbaycan heç bir məsuliyyət daşımır və kimsə buna görə dövlətimizi qınaya bilməz, ölkəmizin ünvanına hər hansı bir tənqidi fikir səsləndirə bilməz. Ermənilər öz işlərini hamıdan yaxşı bilirlər və onu da anlayırlar ki, bundan sonra bu torpaqlarda yaşamaq onlar üçün başucalığı gətirməyəcək.
Çünki onlar azərbaycanlılara divan tutmuşdular. Bundan sonra kim istəyəcək geri qayıdacaq, kim istəyəcək qayıtmayacaq. Fransanın və ABŞ-ın bəzi dairələri, konqresmenlər, senatorların bağırtılarının Azərbaycanın siyasi rəhbərliyinə qətiyyən təsiri ola bilməz. Bu adamlar yerlərdəki hadisələri öyrənmədən, bilmədən erməni lobbisinin təzyiqi altında Azərbaycana qarşı təhdidlər irəli sürürlər. Bu isə heç zaman uğur gətirməyəcək".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 16 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan hava hava haqqinda az xeber