Sənət adamları ilə TV-lər arasında qonorar davası - 'Efirə çıxıramsa, zəhmət çəkib pul versinlər

Sənət adamları ilə TV-lər arasında qonorar davası - 'Efirə çıxıramsa, zəhmət çəkib pul versinlərBir neçə müddətdir ki, sənətçilərə televiziya efirlərinə çıxması üçün qonorarın verilməsi məsələsi gündəmə gəlib. Xalq artistləri, müğənnilər efirə çıxmaq üçün qonağa qonorar verilməsinin vacibliyini qeyd edir.
Sənət adamları ilə TV-lər arasında qonorar davası - 'Efirə çıxıramsa, zəhmət çəkib pul versinlərPrezident təqaüdçüsü, Xalq artisti Səidə Quliyeva bu mövzuya belə münasibət bildirib: "Qonorar biz aktyorların ən yaralı yeridir. Əvvəllər, sovet dövründə televiziyada iki cümlə danışırdıq, ifa etdiyim roldan belə qat-qat artıq qonorar alırdıq. İndi isə qonorardan söhbət belə yoxdur. Bir dəfə mənə verilişlərdən birindən təklif gəldi, söylədilər ki, sizin iştirakınız özünüz üçün reklamdır. Mən bu təklifi rədd etdim, razılaşmadım. Mənim kimi bir sənətkarın heç bir reklama ehtiyacı yoxdur. Telekanallar mütləq sənətkarların efirə çıxmasına qonorar ödəməlidir. Qonorar olmadığından sənətkarlar verilişlərə çıxmaqdan imtina edirlər", deyə bildirib. 
Bəs digər sənət adamlarının efirə çıxmaq üçün qonorar verilməsi məsələsinə münasibətləri necədir?
Tanınmış aktyor və televiziya aparıcısı Elməddin Cəfərov azxeber.com-a açıqlamasında məsələyə münasibət bildirib. O, qeyd edib ki, qonorarın olması yaxşıdır, amma bugünkü gündə bu, real deyil:
Sənət adamları ilə TV-lər arasında qonorar davası - 'Efirə çıxıramsa, zəhmət çəkib pul versinlər"Bu, ola bilər, yaxşı fikirdir, sadəcə olaraq bunun üçün əvvəlcə iqtisadiyyat bərpa olunmalıdır. Pandemiyadan sonra bütün düyada iqtisadiyyat çox zəifləyib. Burada da televiziyanın əsas maliyyə dəstəyi şirkətlərə düşür, maliyyə cəhətdən də şirkətlər zəifləyib. Belə olan halda gedib televiziyaya pul istəmək real deyil. 3 ilə, 5 ilə bu fikri reallaşdırmaq olar, amma bugünkü gündə  verilişə getmək üçün əlavə qonorar istəmək düzgün deyil".
Aktyor Türkiyədə bu praktikanın olduğunu, ancaq pandemiya dönəmində kanalların sənətçilərə qonarar verməyi dayandırdıqlarını bildirib:
"Bu praktika Türkiyədə var idi, amma pandemiyadan sonra orada da dayandı". 
Müğənni, əməkdar artist Ədalət Şükürov isə azxeber.com-a açıqlamasında qonorarın olmalı olduğunu deyib:
Sənət adamları ilə TV-lər arasında qonorar davası - 'Efirə çıxıramsa, zəhmət çəkib pul versinlər"Əslində bütün dünyada bu praktika var. Bizdə yoxdur. Başqa ölkələri, məsələn, Rusiyanı götürsək, bu praktika var. Efirə çağırırlarsa, xahiş edirlərsə, qonorar olmalıdır, bu, normal bir şeydir. Biz buna öyrəşməmişik, amma bu normaldır. Bütün dünyada belədir". 
Əməkdar artist bu praktikanın formalaşmasını arzuladığını bildirib:
"Düzdür, mən heç vaxt heç kimdən qonorar istəməmişəm. Ona televiziyanın rəhbərliyi özü təyin edir, gələn qonaq da, müğənni də ona uyğundursa, gəlib iştirak edəcək. Yəni bunlar normal bir şeydir və təəccübləndirici heç nə yoxdur. Yenə deyirəm, xarici təcrübədə çoxdan var, hələ bizə gəlib çıxmayıb".
Xatırladaq ki, bir müddət öncə müğənni Xatirə İslam efirlərə çıxmaq üçün telekanal rəhbərlərindən qonorar istəmişdi. Xatirədən sonra müğənni Natavan Həbibi və reper Elşad Xose də efirlərdən qonorar istədiyini açıqlamışdılar. Onların bu iddiaları isə qalmaqala səbəb olmuşdu.
Aydın Nuri

Şou Biznes       Tarix: 27 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl


azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycanda son xeberler apa.az xeberler bugünkü son xəbərlər maşın realiti şou