Sənət adamları Ramazanda: "Oruc tuta bilmirəm, amma iftar süfrəsi açıram" - SORĞU + FOTO

Sənət adamları Ramazanda: Sənət adamları Ramazanda: "Oruc tuta bilmirəm, amma iftar süfrəsi açıram" - SORĞU + FOTO
Ramazan ayının ilk günlərini yaşayırıq. Müşahidələr göstərir ki, oruc tutanların sayı əvvəlki illərə nisbətən daha çoxdur. Bəziləri namaz qılmasalar belə, Ramazan ayında vacib buyurulan əməlləri yerinə yetirməyə çalışırlar.
Ramazanda məşhurların oruc tutub-tutmaması həmişə müzakirə mövzusudur. Həmçinin, bu ayda toylar, şənliklər azaldığından sənətçilərin nə işlə məşğul olduqları, necə dolandıqları da maraq doğurur.
Oxu.Az-ın əməkdaşı bir neçə sənət adamı ilə danışıb.
Aktrisa Çimnaz Sultanova ilk gündən oruc tutduğunu qeyd edib:
Sənət adamları Ramazanda: "Ramazanın ilk günündən orucam. Çox gözəl aydayıq. Allah hər kəsə ruzi-bərəkət bəxş etsin. Tutulan oruclar, edilən ibadətlər qəbul olsun".
Müğənni İradə İbrahimova hər kəsə bərəkətli Ramazan arzulayıb:
Sənət adamları Ramazanda: "Bəli, hər il olduğu kimi, çox şükür, bu il də oruc tutmaq nəsibim oldu. Hər kəsə xeyirli, bol ruzi və bərəkətli Ramazan arzu edirəm. İslamın beş şərti var: şəhadət, namaz qılmaq, oruc tutmaq, zəkat vermək və həccə getmək. Oruc tutmaq Allahın icazəsini almaq üçün yerinə yetirdiyimiz ibadətdir. Bədənin sədəqəsi kimi düşünmək lazımdır.
Lakin səhhətində problem olanlar, davamlı dərman qəbul edənlər, yaşlılar və çətin işlərdə işləyənlər oruc tuta bilməzlər. Allah tutulan orucları, edilən dualarımızı qəbul etsin. Allah hər kəsə öz ruzisini göndərir".
Xalq artisti Bilal Əliyev illərdir, oruc tutduğunu dilə gətirib:
Sənət adamları Ramazanda: "İşlərim qaydasındadır. Hər şey əladır. Hazırda orucam. 1993-cü ildən oruc tuturam. Allah hamını düz yola çəksin. Orucun xeyrini görürəm. Ramazan ayının gəlişini səbirsizliklə gözləyirəm. Mən ancaq oruc tutmaqla bədənimi, orqanizmimi sağlamlaşdırıram".
B.Əliyev bütün işlərini Ramazan ayına saxladığını qeyd edib:
"Mən hər işimi proqrama salmışam. Bütün görüləcək işlərimi Ramazana saxlayıram. Ailəmi, kasıb adamları ziyarət edirəm. Bütün işlərimi orucluqda edirəm. Toylar olmur. Mən də səmərəli keçirməyə çalışıram. İbadətlə məşğul oluram".
Müğənni Manaf Ağayev dərman qəbul etdiyi üçün oruc tuta bilmədiyini bildirib:
Sənət adamları Ramazanda: "Müəyyən səbəblərdən oruc tuta bilmirəm. Dərman qəbul edirəm. Amma oruc tutanlara iftar süfrəsi verirəm. Həmişə də vermişəm. Ailə üzvlərim oruc tuturlar".
M.Ağayev toy olmadığı üçün Ramazan ayında yaradıcılıqla məşğul olduğunu söyləyib:
"Yeni mahnılarım çıxacaq. Onların üzərində işləyirəm. Yaradıcılıqla məşğulam. Hər işi bu aya saxlayırıq".
Aktrisa Məleykə Əsədova bu ayda teatrların fəaliyyətinə davam etdiyini bildirib:
Sənət adamları Ramazanda: "Ramazan ayı teatrların fəaliyyətinə heç bir maneə törətmir. Müğənnilər ilə aktyorlar, aktrisalar bir deyillər. İstər Məhərrəm, istərsə də Ramazan ayında hər həftə tamaşalar keçirilir".
Müğənni Mətanət Əsədova Ramazan ayında hamı kimi davrandığını qeyd edib:
Sənət adamları Ramazanda: "Bu ayda hamı necədirsə, biz də eyniyik, fərq yoxdur".
Müğənni Türkan Vəlizadə isə sadəcə, ölkə xaricində konsertdə olduğunu söyləyib.
Sənət adamları Ramazanda: Nəzrin Vahid, Cansu Məmmədli

Şou Biznes       Tarix: 14 mart 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Danla Bilic yenidən əməliyyat olundu - Fotolar

Türkiyəli sosial media fenomeni Danla Bilic daha bir əməliyyat olunub. 9-cu dəfə əməliyyat masasına yatan Danla xəstəxanadan görüntülərini yayımlayıb. O, əməliyyatın 6 saat davam etdiyini bildirib. "Bu barədə sizə sonr

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son vəziyyət son xeber xeber.az son xeberler cəbhədən xəbərlər