Şenol Güneş: "Möcüzəyə bel bağlamışıq"
"Son oyundakı məğlubiyyət bizə daha pis təsir etdi. İnamımızı itirdik. İki oyundan sonra xalsız qalacağımızı təsəvvür etmirdik".
Publika.az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş İsveçrəyə qarşı keçirəcəkləri AVRO-2020-nin A qrupunun III tur matçından öncə mətbuat konfransında deyib.
69 yaşlı mütəxəssis bildirib ki, azarkeşlərin yığmadan çox şey gözləməsi futbolçuların üzərində təzyiq yaratdı: "Gənc komandayıq. Uelsi udsaydıq, vəziyyət daha fərqli olacaqdı. İndi isə möcüzəyə bel bağlamışıq. 4 ildir gözlədiyimiz turnirlə erkən vidalaşmaq istəmirik. Çünki böyük hədəflərimiz var".
Güneş sabahkı matçda daha yaxşı mübarizə aparacaqlarını vurğulayıb: "Tənqidlərə hörmətlə yanaşırıq. Biz özümüz də oyunumzdan narazıyıq. Ən yaxşılar arasında olmaq üçün buraya gəldik. İstədiyimiz nəticələri qazana bilmədiyimiz üçün məyusuq".
Təcrübəli baş məşqçi komanda daxilində heç bir problemin olmadığını söyləyib: "Mətbuatda müxtəlif xəbərlər yayılır. Heç bir futbolçu ehtiyatda qaldığı üçün üzgün deyil. Oyunçular arasında münasibət qaydasındadır. Sadəcə, istədiyimiz oyunu göstərə bilmirik".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə - Türkiyə matçı saat 20:00-da başlayacaq. / "Report"

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu