SENSASİYA! Maduro azad edilsə… - Prezidentlər üçün təhlükə nədədir?

SENSASİYA! Maduro azad edilsə… - Prezidentlər üçün təhlükə nədədir?Hərbi baxımdan ABŞ xüsusi xidmət orqanlarının Venesuelada həyata keçirdiyi xüsusi əməliyyatın qüsursuz və misilsiz olduğu açıq-aydındır. Donald Trampın "dünyada heç bir ölkə belə bir əməliyyat həyata keçirə bilməz" açıqlaması bu baxımdan əsaslı görünür. Lakin Nikolas Maduronun bu dərəcədə peşəkar şəkildə ələ keçirilməsi onun ömrünün sonuna qədər Amerika həbsxanasında qalacağı anlamına gəlmir.
KONKRET.az xəbər verir ki, Birləşmiş Ştatlarda, "trampizm"in çiçəklənməsinə baxmayaraq, müstəqil məhkəmə sistemi hələ də fəaliyyət göstərir. Bu isə o deməkdir ki, ittiham tərəfi Madurona qarşı irəli sürülmüş bütün maddələri məhkəmədə sübut etməlidir. Əks halda məhkəmə onu azad etməyə məcbur qala bilər.
Nəzəri baxımdan bu, paradoksal bir ehtimal yaradır: Maduronun müəyyən müddətdən sonra ABŞ-dan Venesuelaya "qurban", hətta "qəhrəman" obrazında qayıtması mümkündür. Təbii ki, əgər o vaxta qədər onun rejimi ölkə üzərində nəzarəti saxlamış olarsa.
Əsas sual ondan ibarətdir ki, Venesuela diktatorunun günahını sübut edən hansı dəlillər prokurorluğun əlindədir və Maduro müdafiə üçün hansı hüquqi taktikaları işə sala bilər. Bu mövzu artıq ABŞ-ın peşəkar hüquq dairələrində aktiv müzakirə olunur.
Yanvarın 5-də Maduro Manhetten məhkəməsinə formal prosedurlar üçün gətirilərkən o, "hələ də Venesuelanın prezidenti" olduğunu bildirdi və özünü "hərbi əsir" adlandırdı. Onun həyat yoldaşı Silia Flores isə məhkəmədə özünü "Venesuelanın birinci xanımı" kimi təqdim etdi.
İlk baxışdan bu cür bəyanatlar siyasi jest və ya təbliğat bravadası təsiri bağışlaya bilər. Lakin əslində bu, hüquqi baxımdan düşünülmüş müdafiə xəttidir.
SENSASİYA! Maduro azad edilsə… - Prezidentlər üçün təhlükə nədədir?Maduronun vəkili Barri Pollak açıq şəkildə bəyan edib ki, müdafiə tərəfi onun xarici dövlət başçısı kimi cinayət təqibindən immunitetə malik olduğunu israrla müdafiə edəcək. Bu, Maduro komandasının işi hələ tam məhkəmə baxışına keçməmiş dayandırmaq üçün istifadə edə biləcəyi arqumentlərdən yalnız biridir.
Müdafiənin digər xətti Maduronun ABŞ xüsusi xidmət orqanları tərəfindən qanunsuz şəkildə oğurlanması iddiasına əsaslana bilər. Pollak artıq bildirib ki, Venesuela məhkəməsinin ekstradisiya qərarı olmadan Maduronun saxlanılması və ABŞ-a gətirilməsi qanunsuzdur və bu məsələ mübahisələndiriləcək.
Keçmiş federal prokuror Mitçell Epnerin sözlərinə görə, bu cür işlərdə müdafiənin məqsədi prosesi maksimum dərəcədə uzatmaq, hüquqi və prosedur xaos yaratmaq və nəticədə işin bağlanmasına nail olmaqdır.
Hüquqşünaslar qeyd edirlər ki, Maduro həqiqətən də bir neçə müdafiə xəttinə, o cümlədən diplomatik toxunulmazlıq arqumentinə istinad edə bilər. Bu strategiyalardan biri onun hələ də Venesuelanın prezidenti olduğunu iddia edərək, ittihamların ağırlığından asılı olmayaraq ABŞ-dan deportasiya olunmasını tələb etməkdir.
SENSASİYA! Maduro azad edilsə… - Prezidentlər üçün təhlükə nədədir?Bu arqumentin presedenti var. Keçmiş Panama diktatoru Manuel Noryeqa 1990-cı ildə ABŞ qoşunları tərəfindən ələ keçirildikdən sonra narkotik ticarəti və çirkli pulların yuyulması ittihamları ilə mühakimə olunarkən oxşar iddia irəli sürmüşdü. O, formal olaraq Panama prezidenti seçilməsə də, faktiki lider kimi tanınırdı. Lakin bu arqument işə yaramadı. 1997-ci ildə ABŞ-ın 11-ci dairə Apellyasiya Məhkəməsi qərara aldı ki, ABŞ icraedici hakimiyyəti onun dövlət başçısı statusunu tanımadığı üçün Noryeqa toxunulmazlığa malik deyil. Məhkəmə həmçinin vurğuladı ki, o, Panamanın konstitusion lideri olmayıb, dövləti onun üçün immunitet tələb etməyib və ittiham olunan əməllər şəxsi varlanma ilə bağlı olub. Daha sonra Ali Məhkəmə bu qərara baxmaqdan imtina etdi.
Maduro iddia edə bilər ki, onun vəziyyəti fərqlidir, çünki o, formal olaraq Venesuela prezidenti postunu tutub. Lakin bu mövqe ciddi problemlərlə üzləşir. Venesuela müxalifətinin topladığı və Washington Post qəzeti ilə Associated Press agentliyi tərəfindən müstəqil şəkildə təhlil edilən səs sayımına əsasən, Maduro 2024-cü il prezident seçkilərində məğlub olub. Tramp administrasiyası onun hakimiyyətini qeyri-legitim sayan yeganə tərəf deyil. Hətta Co Baydenin prezidentliyi dövründə də ABŞ Dövlət Departamenti Maduronun tutulmasına kömək edəcək məlumatlara görə mükafatı artıraraq açıq şəkildə bildirmişdi ki, o, "2024-cü il seçkilərini aşkar şəkildə uduzub".
ABŞ-ın seçki nəticələrini faktiki olaraq tanımaması, genişmiqyaslı saxtakarlıqlara dair inandırıcı sübutların mövcudluğu və nəticələrin yalnız bir neçə dövlət – o cümlədən Rusiya – tərəfindən tanınması Maduronun prezident toxunulmazlığı arqumentini tamamilə puça çıxara bilər.
Palm-Biç dairəsinin keçmiş prokuroru Deyv Aronberqin sözlərinə görə, Maduro hakimiyyəti güc və fırıldaq yolu ilə ələ keçirib və legitim dövlət başçısı deyil. Onun fikrincə, immunitet Noryeqanı xilas etmədiyi kimi, Maduronu da xilas etməməlidir.
Müdafiənin başqa bir mümkün taktikası Tramp ilə şəxsi münasibətlər qurmaq və perspektivdə prezident əfvinə nail olmaq cəhdidir. Bunun da presedenti var. ABŞ-a 400 ton kokain daşınmasına yardımda ittiham olunan Hondurasın keçmiş prezidenti Xuan Orlando Ernandes Tramp tərəfindən əfv edilmiş, Tramp bu işi "ədalətsiz" adlandırmışdı. Ağ Evin nümayəndələri bildirmişdilər ki, ittihamlar şübhəli şahid ifadələrinə əsaslanırdı.
Epner xatırladır ki, Trampın Madurona qarşı indiki düşmən münasibəti 47-ci prezidentin mövqeyinin dəyişməyəcəyinə zəmanət vermir. O, Trampın Şimali Koreya lideri Kim Çen Inla münasibətlərindəki gözlənilməz və bəzən isti məqamları nümunə göstərir.
Lakin Maduronun işi ilə Ernandesin işi arasında prinsipial fərq var: Ernandes sağçı siyasi düşərgəni təmsil edirdi, Maduro isə sosialistdir. Aronberqin fikrincə, Ernandesin əfv olunmasının səbəbi onun siyasi baxışlarının Trampda antipatiya doğurmaması idi.
SENSASİYA! Maduro azad edilsə… - Prezidentlər üçün təhlükə nədədir?Maduro ilə Tramp arasında mümkün yaxınlaşmanın qarşısında duran ciddi maneə ABŞ dövlət katibi və eyni zamanda prezidentin milli təhlükəsizlik üzrə müşaviri olan Marko Rubiodur. Venesuela rejiminə qarşı uzun illər sərt mövqe tutan Rubio, mövcud administrasiyada bu istiqamətin əsas kuratoru sayılır. Məlumatlara görə, Maduronun hakimiyyətdən güc yolu ilə uzaqlaşdırılması konsepsiyasının müəlliflərindən biri də məhz odur. Bu amili nəzərə alan Aronberq hesab edir ki, Maduronun Trampa nümayişkaranə loyal münasibəti belə, onun əfv olunmasına gətirib çıxarmayacaq.
Maduro həmçinin qanunsuz oğurlanma arqumentinə istinad edə bilər. Noryeqanın müdafiəsi də vaxtilə bu arqumenti irəli sürmüşdü, lakin uğur qazanmadı. Apellyasiya Məhkəməsi bildirmişdi ki, ekstradisiya müqavilələri xarici vətəndaşların saxlanılmasını birbaşa qadağan etmir və Kerr–Frisbi doktrinasına görə, təqsirləndirilənin məhkəməyə hansı üsulla gətirilməsi cinayət təqibinin dayandırılması üçün əsas deyil.
Maduro iddia edə bilər ki, ona qarşı təqib siyasi motivlidir və ya qisas xarakteri daşıyır. Lakin bu cür arqumentlər nadir hallarda nəticə verir. Vaxtilə həm Donald Tramp, həm də ABŞ-ın 46-cı prezidenti Co Baydenin oğlu Hanter Bayden oxşar əsaslarla cinayət təqibini dayandırmağa çalışsalar da, uğursuz olublar. Epnerin fikrincə, ittiham tərəfi Maduronun təqibinin beynəlxalq narkotik ticarəti ilə mübarizə praktikasına uyğun olduğunu asanlıqla sübut edə biləcək.
SENSASİYA! Maduro azad edilsə… - Prezidentlər üçün təhlükə nədədir?Nəhayət, müdafiə "şokedici" və ya "yolverilməz" dövlət davranışına – yəni ədalətli məhkəmə prinsipinin pozulmasına istinad edə bilər. Bu kontekstdə Maduro iddia edə bilər ki, cinayət işi Venesuelanın neft resurslarının müsadirəsini ört-basdır etmək məqsədi daşıyır və Trampın neft tədarükünün təmin olunması ilə bağlı bəyanatlarını buna sübut kimi göstərə bilər. Noryeqa da vaxtilə oxşar arqument irəli sürmüşdü, lakin məhkəmə bu məsələlərin xarici siyasətə aid olduğunu və prezidentlə Konqresin səlahiyyətinə daxil olduğunu bildirərək müdaxilə etməmişdi.
Əgər Maduronun işi mahiyyəti üzrə baxışa çıxarılsa, onun hüquqi komandası böyük ehtimalla ittihamın sübut bazasındakı zəif nöqtələri üzə çıxarmağa və şahid ifadələrini nüfuzdan salmağa çalışacaq. Əsas hüquqi mübarizə də məhz bu müstəvidə gedəcək. Bu mübarizənin nəticəsi isə təkcə Nikolas Maduronun taleyini deyil, beynəlxalq legitimliyini itirmiş dövlət liderlərinə qarşı gələcək məhkəmə işləri üçün yaradılacaq presedenti də müəyyən edəcək.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 08 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Paşinyan istefa verdi – Ermənistanda yeni hökumət formalaşdırılır

İyunun 7-də keçirilmiş parlament seçkilərinin yekunlarına əsasən yeni nazirlər kabinetinin formalaşması ilə əlaqədar olaraq Ermənistan hökuməti bu gün istefaya gedir. xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanı

Ermənistan Konstitusiyasından ərazi iddiaları çıxarılsa, sülh sazişi üçün problem qalmır

Ermənistan Konstitusiyasında Azərbaycana, həmçinin Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan maddə çıxarılmalıdır. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsini

Samvel Karapetyandan Paşinyana sərt sözlər: "Masanın altında ayaqüstə gəzəndə..."

Ev dustalığı davam edən "Güclü Ermənistan"ın lideri Samvel Karapetyan baş nazir Nikol Paşinyanın onu xeyriyyəçiliklə məşğul olmaq imkanından məhrum edəcəyi ilə bağlı xəbərdarlığına münasibət bildirib. Ermənista

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ: Çolpon-Ata Bəyannaməsi

Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında dostluq, qarşılıqlı etimad və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bəyannamə siyasi, iqtisadi

"Liderin ölümündən hücumdan bir saat sonra xəbər tutduq" - Qalibafdan ŞOK ETİRAF

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf hərbi eskalasiyanın ilk gününün təfərrüatlarını bölüşüb. KONKRET.azxəbər verir ki, onun sözlərinə görə, İran rəhbərliyi liderinin həlak olduğunu hələ martın 9-da, ilk bombalamalarda

Ermənistanın yeni hökumətinin tərkibi bəlli oldu

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib. KONKRET.azxəbər verir ki, Xaçatryan bununla bağlı fərman imzalayıb. Fərmana əsasən:. Mqer Qriqoryan – Baş nazirin müavini. Tiqran Xaçatrya

Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama

İyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən yeni Nazirlər Kabinetinin formalaşdırılması ilə əlaqədar Ermənistan hökuməti avqustun 2-də istefa verəcək. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinya

Trampın reytinqi rekord həddə düşdü – Amerikalıların yarıdan çoxu narazıdır

ABŞ Prezidenti Donald Trampın ictimai dəstək reytinqi vəzifədə olduğu müddətdə ən aşağı səviyyəyə düşüb. KONKRET.azxəbər verir ki, Quinnipiac Universitetinin sorğusuna görə, Trampın fəaliyyətini seçicilərin 32 faizi bəyənir

"Patriot" raketləri ilə bağlı ABŞ-ın tərəddüdü: Siyasi səbəblər açıqlandı

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampdan 300 ədəd "Patriot" raketi istəməsi Vaşinqtonun Kiyevə hərbi dəstəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bununla belə, Ağ Ev b


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxabar maşın realiti şou metbuat krimnal xeber