SENSASİYA: Trampla Netanyahu arasındakı "qara pişiyin" kimliyi BƏLLİ OLDU
The Wall Street Journal yazır ki, İranla müharibənin uzanması ABŞ və İsrail arasında münasibətləri gərginləşdirib və bu, Donald Trampla Benyamin Netanyahu arasındakı əlaqələrə də mənfi təsir göstərib.
KONKRET.azxəbər verir ki, nəşrin anonim mənbəsinin iddiasına görə, Tramp narazılığını gizlətməyərək bəzən köməkçilərinə Netanyahu ilə nə danışmaq, nə də görüşmək istədiyini deyib.
Məlumata görə, Netanyahu ilə Tramp arasında görüş təşkil etmək cəhdləri nəticəsiz qalıb. Gərginliyin əsas səbəbləri kimi İran münaqişəsinin uzanması, Vaşinqton–Tehran arasındakı memorandumun baş tutmaması və Türkiyəyə ABŞ-ın F-35 qırıcılarının mümkün satışı ilə bağlı fikir ayrılıqları göstərilir.
"Axios" və "Ynet" də bildirir ki, Tramp administrasiyasının bəzi yüksəkvəzifəli rəsmiləri, o cümlədən vitse-prezident Cey Di Vens, Netanyahunun İranla bağlı həddən artıq nikbin qiymətləndirmələrinin özünü doğrultmadığını düşünür.
Qeyd edək ki, hələlik ABŞ və İsrail bu iddiaları rəsmi şəkildə təsdiqləməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Mərkəzi Banka yeni səlahiyyət verilir