SEPAH-a bağlı kanaldan Bakıya TƏHDİD
SEPAH-a bağlı teleqram kanalı Azərbaycan prezidentinin fotosonu payşalaraq, "növbə ilə" qeydini yazıb və bununla açıq təhdid edib.
KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.
O bildirib ki, bir neçə gün öncə SEPAH-ın etirazlarla bağlı hazırladığı hesabatda da Azərbaycan ittiham edilib:
"İddia edilib ki, etirazlar Azərbaycan, Türkiyə və İsrail üçbucağının planıdır, məqsəd SEPAH və ordunu daxili münaqişələrlə məşğul etmək və Zəngəzur planını həyata keçirməkdir.
İttihamların mollasayağı olduğu bəllidir. Hərçənd, Azərbaycana qarşı təhdid və iddiaların intensivləşməsinin İranın bölgədə planlaşdırdığı mümkün addımlara zəminin formalaşdırılmasına hesablandığı da aydın görünür".
Qeyd edək ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada ölməsi İranda genişmiqyaslı etirazlara səbəb olub. Etirazçılara qarşı silahdan istifadə nəticəsində isə ölənlərin sayı 20-yə çatır. İranın əxlaq polisinin bir qadını öldürməsi və buna görə etirazların başlaması, etirazçılara qarşı şiddətdə başqa ölkəni suçlamaq yalnız İranın iddiası ola bilər.

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü