SEPAH ABŞ və İsraili TƏHDİD ETDİ: "Onları müharibə və sürprizlər gözləyir"
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin hesablamalarından kənara çıxan "sürpriz əməliyyatlar" həyata keçirməyə hazır olduğunu açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.
Bəyanat SEPAH-ın yaradılmasının ildönümü münasibətilə verilib. Qurum bildirib ki, İran hərbçiləri "döyüş meydanında yeni kozırlardan istifadə etməklə" potensial rəqiblərin addımlarına qarşı durmaq gücündədir.
Həmçinin vurğulanıb ki, SEPAH qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib və regionda gərginlik daha da artacağı təqdirdə yeni zərbələr endirməyə hazırdır.
Qeyd edək ki, bu açıqlama Yaxın Şərqdə artan gərginlik fonunda verilib.
Müşviq Tofiqoğlu
KONKRET.az

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK