SEPAH generalından Azərbaycanla bağlı gözlənilməz açıqlama

SEPAH generalından Azərbaycanla bağlı gözlənilməz açıqlamaSEPAH-ın sabiq generalı və İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının keçmiş sədr müavini Mənsur Həqiqətpur "Iran 24" telekanalına verdiyi geniş müsahibədə Zəngəzur dəhlizi ətrafında əldə olunan son razılaşmanı şərh edib.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.
Həqiqətpur bildirib ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşma bölgədə yeni geosiyasi proseslərə yol açır və bunun kiçik məsələ kimi təqdim edilməsi sadəlövhlükdür.
Həqiqətpur İran prezidenti Məsud Pezeşkianın məsələni "şişirdilmiş" adlandırması ilə razılaşmadığını vurğulayaraq deyib:
"Bu razılaşmanın əhəmiyyətsiz olduğunu düşünmək doğru deyil. Region üçün strateji önəm daşıyan bir mövzuya sadəlövh yanaşmaq olmaz. İran gələcək proseslərdə öz payına sahib olmalıdır".
O, İranın proseslərdən kənarda qalacağı təqdirdə alternativ planlar hazırlamalı olduğunu söyləyib:
"Əgər bu razılaşmada İran üçün konkret pay müəyyən edilməsə, ölkə öz təsir imkanlarını qorumaq üçün alternativ yollar nəzərdən keçirməlidir".
Zəngəzur dəhlizinin İranın Avropaya və Ermənistana çıxışına təsir edib-etməyəcəyi barədə suala cavab verən Həqiqətpur bunun mümkün olmadığını deyib:
"Bizim Avropaya çıxış üçün bir neçə yolumuz var. Ermənistanla sərhəd məsələsində də ehtiyac yaranarsa alternativlər mövcuddur".

Siyasi       Tarix: 26 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberleri futbol xeberleri son xeber 2026 cəbhədən son məlumatlar