"Separatçılar tərk-silah edilməli, Xankəndidə Azərbaycanın bayrağı dalğalanmalıdır

Xəbər verdiyimiz kimi "Caliber" Ermənistanın gözlənilən təxribatı ilə bağlı məlumat yayıb.  Məlumatda Ermənistanın Azərbaycanla şərti sərhəddə 1,2,3 və 4 saylı hərbi korpusları fəal şəkildə gücləndirdiyi, son həftələr İran ərazisindən zirehli texnika və artilleriya mərmilərinin çatdırılması təsdiqlənir. 
Qeyd edək ki, bu proses artıq bir neçə gündür davam edir. Davamlı olaraq Ermənistanın təxribatçı əməlləri barədə görüntülər yayılır. Ermənistan Azərbaycanla sərhədə ağır texnika daşıyır.
Bəs Ermənistanın Azərbaycana qarşı hərbi təxribat hazırlığı necə şərh edilir? 
Mövzu ilə bağlı Milli Məclisin deputatı Fəzail Ağamalı azxeber.com-a açıqlamasında bildirib ki, düşmən öz mənfur niyyətini davam etdirir: 
"44 gün ərzində Azərbaycan Ordusu Ermənistanın illərdən bəri millitarist mahiyyət daşıyan ordu quruculuğunu darmadağın etdi. İndi hansı gücü ilə Ermənistan Azərbaycana qarşı yenidən hərbi əməliyyatlara başlıyacaq?! Belə bir şey olarsa, bu onların sonunu gətirəcək. Görünür, proses buna doğru gedir. Separatçı rejimin tamamilə məhv edilməsi an məsələsidir. İlk növbədə qanunsuz silahlı dəstələr tərk-silah edilməlidir. Onlar təslim olmasalar, Azərbaycan Ordusunun əməliyyatı ilə məhv ediləcəklər. Müqavimət göstərib, cinayətə əl atan şəxslər isə Azərbaycan qanunları ilə istintaqa cəlb ediləcək".
Deputat qeyd edib ki, Azərbaycanın qanunları qarşısında geri çəkilmək istəmirsə, son hədəf antiterror əməliyyatları olacaq:
"Ermənistan rəhbərliyinin bu təxribatlara əl atmasının arxasında bir sıra məkrli niyyətlər dayanır. Ermənistan təxribat törətməklə vaxt uzatmaq və sülh sazişinin imzalanması prosesini pozmağa çalışır. Əslində, ermənilərin bu yolla vaxt uzatmaları onların əleyhinə işləyir. Azərbaycan Ordusu tərəfindən bu təxribatların qarşısı çox sərt şəkildə alınır. Nəticədə yüzlərlə erməni hərbiçisi Azərbaycan Ordusu tərəfindən məhv edilir. Həmçinin onlar ermənilərin bizim cəmiyyətə reintiqrasiyanın reallaşmasına əngəl olmaq istəyirlər".
Mövzu ilə bağlı azxeber.com-a danışan  hərbi ekspert, polkovnik Şair Ramaldanovun sözlərinə görə ermənilər sülh müqaviləsindən yayınmaq üçün bu cür yollara əl atmaq məcburiyyətində qalırlar:
"Müharibə davam edir. Atəşkəs rejimi müharibənin bitməsi demək deyil. Təxribatlar davam edir, burada təəccüblü heç nə yoxdur. Son zamanlar gərginliyin artması Ermənistanın siyasi yolla hədəflərinə nail ola bilməməsi ilə əlaqəlidir. Sülh müqaviləsindən yayınmaq üçün bu cür yollara əl atmaq məcburiyyətində qalırlar. 
Çünki Ermənistan Moskva, Brüssel demək olar ki, bütün platformalarda dalana dirənib.
Ermənistan və havadarları danışıqlardan sonra təxribata əl atırlar. Nəticədə danışıqların əhəmiyyəti və təsiri itir. Bu prinsiplə sülhə gedən yollara əngəl törədirlər. Son zamanlar Azərbaycana təzyiq imkanları olmadığı üçün "Tır şousu" yaratdılar. Azərbaycan diplomatiyası düşmənin, erməni siyasi rəhbərliyinin iç üzünü açıq-aydın göstərə bilir. Ermənistan və onun havadarları sülh müqaviləsinin təsirini azaltmaq, sülhdən qaçmaq üçün təxribatın coğrafiyasını genişləndirir. Azərbaycan Ordusu təxribatlara cavab verərək, qarşısını alır, bundan sonra da alacaq".
Şair Ramaldanov hesab edir ki, Rusiyaya qarşı olan qüvvələr-ABŞ və Qərb Ermənistandan istifadə edərək, vəziyyəti gərginləşdirirlər:
"Ermənistanda Rusiyaya qarşı etiraz prosesini gücləndirirlər. Yenidən atəşkəsin pozulmasında  Rusiyanı günahlandırıb, göstərməyə çalışırlar ki, Rusiya heç nə edə bilmir. Bu kompaniya Rusiyaya qarşı olan proseslərdir. Burada nə Ermənistanın gələcəyi, nə də erməni xalqı haqqında düşünülür. Azərbaycan hərbi texnika, ordunun gücü, haqq işi baxımdan Ermənistanla müqayisə oluna bilməz. Ona görə də biz bunu təxribatları soyuqqanlılıqla qarşılamalıyıq. Mən deməzdim ki, hazırda Ermənistan çox güclü silahlarla silahlandırılır. Azərbaycanın güc vasitələrinin, iradəsinin olması bizi bu məsələdə çox da narahat etmir".
Hərbi ekspertin fikrincə, böyük problem üçtərəfli bəyannamənin dördüncü bəndidir:
"Yəni, Qarabağ iqtisadi rayonunda qanunsuz terrorçuların tərk silah edilməsidir. Azərbaycan buna çox göz yuma bilməz, bu prosesi daha da uzada bilmərik. Terrorçular tərk-silah edilməli, Xankəndidə Azərbaycanın bayrağı dalğalanmalıdır. Orada Azərbaycan qanunları işləməlidir. Bunun üçün zaman çatıb". 
Şəbnəm Zahir
Yazı Medianın İnkişafı Agentliyinin "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə qarşı cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc edilib.

Siyasi       Tarix: 11 sentyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 sonxəbər bu gune olan xeberler xeberler bu qun