Separatçıya qayğı göstərən Rusiya "sülhməramlılar"ı jurnalistlərin üzərinə avtomatla gəlir - VİDEO
Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində yerləşdirilmiş Rusiya sülhməramlılarının Azərbaycanın media nümayəndələrinə qarşı davranışları hiddət doğurub.
Sosial şəbəkələrdə paylaşılan videolardan da görünür ki, "Report" İnformasiya Agentliyinin avtomobilinə avtomat silahın qundağı ilə zərər vurur, əməkdaşı ilə kobud davranır. Üzərində media qurumuna məxsus olduğu açıq-aşkar bilinən avtomobilin ətrafına yığılmış avtomat və pulemyotçular sanki cinayətkarla davranır.
Əlbəttə, "Report"un avtomobili mülki avtomobildir, zirehli deyil, əməkdaşları da silahla gəzmir, mülki vətəndaşlardır. Lakin erməni separatçılarına qarşı münasibətdə özlərini humanitar təşkilatların nümayəndələri kimi aparan "sülhməramlılar" (hər halda onlar rəsmi şəkildə özlərini belə adlandırır) Azərbaycan media nümayəndələrinə qarşı yerli (yəni Azərbaycan) və beynəlxalq qanunları pozur. Bununla onlar həm də xislətlərini göstərirlər.
Əslində, Rusiya sülhməramlılarından peşəsindən asılı olmayaraq azərbaycanlılara qarşı normal münasibət gözləmək olmaz.
Əsas odur ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası təxminən bir sutkadır davam edir. / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı