Pensiyalarla bağlı mühüm açıqlama – Artım belə olacaq

Pensiyalarla bağlı mühüm açıqlama – Artım belə olacaq"Pensiyaların artım faizi əsasən 2026-cı ilin yekunları üzrə orta aylıq nominal əməkhaqqının artım tempindən asılı olur".
KONKRET.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.
O bildirib ki, digər sosial ödənişlərin artırılması məsələsində inflyasiya səviyyəsi, dövlət büdcəsinin imkanları və sosial müdafiə xərclərinin həcmi nəzərə alınır:
"Yeni sosial paket çərçivəsində pensiyalarla yanaşı, əlilliyi olan şəxslərin, şəhid ailələrinin, müharibə iştirakçılarının və digər sosial müdafiəyə ehtiyacı olan kateqoriyalara aid ödənişlərin artırılması gündəmə gələ bilər. Bununla belə, yeni paketin hansı sosial ödənişləri əhatə edəcəyi və artımın konkret məbləği hələ açıqlanmayıb. Bu barədə yekun qərarın iqtisadi göstəricilər və 2027-ci ilin büdcə imkanları nəzərə alınmaqla qəbul edilməsi gözlənilir. Xüsusilə əmək pensiyalarının indeksləşdirilməsi qanunvericiliyə uyğun olaraq orta aylıq nominal əməkhaqqının illik artım tempi əsasında həyata keçirilir və bu baxımdan yekun əməkhaqqı göstəriciləri 2027-ci ildə pensiyaların artım faizinin müəyyənləşməsində mühüm rol oynayacaq".
İqtisadçı fikrincə, geniş sosial paketin qiymətləndirilməsi zamanı artımların əhalinin real gəlirlərinə və alıcılıq qabiliyyətinə təsiri diqqətə alınmalıdır:
"Çünki burada əsas məqsəd vətəndaşların gəlirlərinin qiymət artımları qarşısında qorunması, sosial rifahın yüksəldilməsi və həssas əhali qruplarının müdafiəsinin gücləndirilməsidir. Eyni zamanda düşünürəm ki, sosial ödənişlərin artırılması iqtisadi imkanlarla uzlaşdırılmalı və iqtisadiyyatın uzunmüddətli maliyyə dayanıqlılığı qorunmalıdır. Bu, həm sosial siyasətin effektivliyinin, həm də dövlət büdcəsinin dayanıqlılığının təmin edilməsi baxımından mühüm şərtlərdən biridir".
Qeyd edək ki, 2027-ci ildə Azərbaycanda əmək pensiyalarının 7,5 faiz artırılması proqnozlaşdırılır. Bu, yekun rəqəm deyil.

Sosial       Tarix: 27 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Qaz və elektrik pulunuz çox gəlməsin deyə bunları edin – Ekspertdən VACİB TÖVSİYƏLƏR

"Qış aylarında qaz və elektrik enerjisi istehlakının artması təbii prosesdir. Çünki havaların soyuması ilə mənzillərin və fərdi evlərin qızdırılmasına daha çox enerji sərf olunur. Lakin burada əsas məsələ təkcə istehlakı

Bəzi ərazilərdə qaz olmayacaq

Sabah saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqəda

Sənədsiz evlərə çıxarışla bağlı yeni TƏKLİF

"Qeydiyyatsız əmlakın sosial nəticələri ağırdır. Vətəndaş sənədsiz evi vərəsəlik hüququ ilə ötürə, sata, girov qoyub kredit ala bilmir. 2023-cü ildən sonra rəsmi sənədi olmayan evlərə qaz və digər kommunal xidmətlə

Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutulub

Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində silahlı insident baş verib. Azərbaycanlı iş adamı Duriç Hacıyevin avtomobili atəşə tutulub. Hadisə iş adamı azyaşlı övladları ilə birlikdə evə qayıdarkən baş verib. İnsiden

Səhiyyə nazirinə yeni müşavir təyin edildi

Töhfə Ramiz qızı Cəmilova TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, o, səhiyyə nazirinin müşaviri təyin edilib. Qeyd edək ki, T.Cəmilova Azərbaycan Tibb Universitetini həkim-oftalmolo

Qazın qiyməti bahalaşır

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. xəbər verir ki, 2026-cı ilin dekabr ayında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya gör

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək - FOTO

"Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu il noyabrın 26–27-də Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək

Milli Qəhrəman Pəncəli Teymurovun qardaşına yeni vəzifə verildi - Foto

Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun qardaşı Famil Nurməmməd oğlu Teymurov Lənkəran Uşaq-Gənclər İnkişaf Mərkəzində metodist vəzifəsinə təyin edilib. -a istinadən xəbər verir ki, eyni zamanda, mərkəzin direktor

Dekabrda kredit faizləri aşağı düşəcək? – Ekspert AÇIQLADI

Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlaması fonunda dekabrın 23-də keçiriləcək növbəti iclasda hansı qərarın qəbul ediləcəyi maraq doğurur. Xüsusilə uçot dərəcəsinin mümkün azalmasının kommersiy


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu gun dunya xeberleri son.xabar son.xeberler