Sergey Kozlov: "Ermənistanda seçkilər bitdikdən sonra Zəngəzur dəhlizi açılacaq

Sergey Kozlov: "Ermənistanda seçkilər bitdikdən sonra Zəngəzur dəhlizi açılacaqSergey Kozlov: "Ermənistanda seçkilər bitdikdən sonra Zəngəzur dəhlizi açılacaq"
Mayın 17-də Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkənin Təhlükəsizlik Şurasının iclasını keçirib və bunun ardınca Ermənistanın Zəngəzurdan Azərbaycana dəhliz açma ehtimalını müzakirə etmədiyini və etməyəcəyini birmənalı şəkildə bildirib. Elə bununla da, o, bölgədə kommunikasiya açılmasına qarşı çıxan erməni müxaliflərinin xoruna qoşulub və əslində Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan arasında özünün imzaladığı üçtərəfli bəyanata qarşı çıxıb.
Elə həmin gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin üçtərəfli razılaşmaların alternativsiz həyata keçirilməsinin tərəfdarı olduğunu bildirib. Məcburi məqamlardan biri də hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan arasında Zəngəzur vasitəsilə nəqliyyat əlaqələrinin açılmasıdır.
"Sibir-Avrasiya" Ekspert klubunun icraçı direktoru, Sibir İdarəetmə İnstitutunun Siyasət və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Sergey Kozlov Caliber.Az-la bu barədə söhbətləşib.
O qeyd edib ki, erməni tərəfinin dəhliz haqqında söhbətləri seçkiqabağı ehtiraslar və müharibədəki məğlubiyyətdən irəli gəlir:
- Ermənistandakı bütün siyasi qüvvələr 20 iyun seçkilərində səs qazanmaq üçün "müharibədən sonrakı sindrom" haqqında spekulyasiya edirlər. Müharibəni uduzdular, erməni tərəfinə elə gəlir ki, haqsız olaraq məğlub olublar, deyirlər ki, bir az da keçsəydi irəli gedəcəydik və s. Ərazilər Azərbaycana qayıtsa da, "onlara dəhliz verməyəcəyik" və beləliklə kiçik bir qələbə qazanacağıq.
Ancaq bu heç də seçkilərdən sonra dəhlizin təmin olunmayacağı anlamına gəlmir. Seçki öncəsi vədlər vermək başqa, Rusiyanın himayəsi altında aparılan danışıqlar zamanı götürdüyü öhdəlikləri yerinə yetirmək başqa.
- Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və digər yüksək rütbəli Rusiya rəsmiləri bölgənin iqtisadi inkişafı üçün nəqliyyat dəhlizlərinin açılmalı olmasını dəfələrlə vurğulayıblar. Ancaq artıq Nikol Paşinyan özü də deyir ki, Ermənistan Zəngəzurdan Azərbaycana dəhliz açma ehtimalını müzakirə belə etməyəcək.
- Bu cür bəyanatlar, dediyim kimi, seçki öncəsi təbliğat kimi qiymətləndirilə bilər. Üstəlik, Nikol Paşinyan ziddiyyətli açıqlamaları ilə tanınır.
Nəqliyyat dəhlizlərinin açılmasından iqtisadi fayda var, mütəxəssislər bunu başa düşməyə bilməzlər, amma indi yalnız söhbət seçkiqabağı piar və təbliğatdan gedir. Seçkilər keçirildikdən sonra digər qərarlar qəbul ediləcək, amma ictimai müstəvidə yox qapalı nazirlik ofislərində.  /oxu.az

Siyasi       Tarix: 18 may 2021
f Paylaş

Oxşar xəbərlər

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber saytlari valyuta mezennesi metbuat xeberleri az xeber