Sergey Polyakov: "Azərbaycanla Ermənistan arasında dövlət sərhədi çəkiləcək, müqavilələr imzalanıb" - MÜSAHİBƏ

Sergey Polyakov: "Azərbaycanla Ermənistan arasında dövlət sərhədi çəkiləcək, müqavilələr imzalanıb" - MÜSAHİBƏSergey Polyakov: "Azərbaycanla Ermənistan arasında dövlət sərhədi çəkiləcək, müqavilələr imzalanıb" - MÜSAHİBƏ
"Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiyasından Ermənistan ictimaiyyətinin bir hissəsinin narazılığı başadüşüləndir. Azərbaycanda yaşayan insanlar üçün isə bu cür mövqe qəribə görünür.
Ancaq nəzərə alınmalıdır ki, Ermənistan sakinləri 30 ilə yaxındır ki, bu ərazini (Azərbaycan ərazisi - red.) özlərinin hesab etməyə vərdiş ediblər. Artıq bu cür düşünən bütöv bir nəsil yetişib. Bu, onlar üçün milli travma və faciədir".
Bu barədə Media.Az-a müsahibəsi zamanı rusiyalı politoloq, Seçki Təcrübələri Mərkəzinin rəhbəri Sergey Polyakov bildirib.
Xatırladaq ki, erməni müxalifəti Ermənistanı Ermənistan SSR-in inzibati sərhədləri daxilində təsbit etmək üçün fəaliyyətləri xəyanət hesab edir. Məsələn, Ermənistanın "Modus Vivendi" mərkəzinin rəhbəri Ara Papyanın bildirdiyi kimi: "SSRİ-nin vaxtaşırı dəyişən inzibati ərazi vahidləri arasındakı sərhədlərin dövlət sərhədləri hesab edilməsinə kim qərar verib?"
Bu arada, artıq Azərbaycan sərhədçiləri bəzən ermənilərin yaşadığı kəndlərdən, məsələn, Şurnux, Vorotan və s. keçən Ermənistanla sərhəd boyunca mövqe tuturlar.
- Ermənistan SSR və Azərbaycan SSR-nin sərhədlərini necə tanımamaq olar? O zaman hansı sərhədləri istinad kimi götürmək lazımdır? Ötən əsrin əvvəlindəki? Yoxsa daha əvvəl?
- Əslində, postsovet məkanında bu cür hadisələr çoxdur. Ancaq Ermənistan-Azərbaycan münaqişəsi Sovet İttifaqının dağılmasından əvvəl başlamışdı və artıq o zaman qan tökülmüşdü.
Mövcud vəziyyətin kəskinliyi isə artıq yuxarıda dediklərimlə əlaqəlidir. 30 ilə yaxın vaxt ərzində Ermənistanda bu əraziləri özlərinin hesab ediblər.
İndi vəziyyət dəyişib. Azərbaycan iqtisadi və hərbi cəhətdən güclənib, torpaqlarını geri qaytara bilib və bu, bugünkü tarixi həqiqətdir. Ermənilər üçün bu məğlubiyyəti və hazırkı status-kvonu psixoloji olaraq qəbul etmək çətindir. Buna görə indi müxtəlif tozlu sandıqlardan bəzi faktları çıxaracaqlar. Ancaq sərhədlər istənilən halda müəyyən ediləcək.
- Yenə də sərhədlər SSRİ-nin inzibati sərhədləri əsasında çəkmək olmazsa, onda hansı əsasla çəkilməlidir? Yeri gəlmişkən, Ermənistanın Baş naziri Nikol Paşinyan bu yaxınlarda "Ermənistan Respublikasının inzibati ərazi bölgüsü haqqında" 2010-cu il qanununa əlavələrə əsasən, Şurnux və Vorotanın şərqindəki sərhədlərin Ermənistan və Azərbaycanın dövlət sərhədləri olduğunu bildirib.
Həmin vaxt bu ərazilər işğalçı qüvvələrin nəzarəti altında idi, indi isə azad edilib, deməli, sərhəd çəkilməlidir, ancaq erməni müxalifəti buna qarşıdır.
- SSRİ dağılanda, Zaqafqaziyada keçmiş inzibati sərhədlər dövlət sərhədlərinə çevrildi. Ancaq hərbi münaqişələr başladı və bu da onların dövlət sərhədinə çevrilməsinə mane oldu. İndi isə ermənilər müqavilə imzalamaq və bu sərhədləri tanımaq istəmirlər, çünki bunu etməklə həm də sözügedən ərazilərin onlar üçün əbədi itirildiyini də qəbul edirlər.
 - Ancaq sülhün qurulması üçün sərhədlər lazımdır.
- Sözsüz. Bu məsələ, dediyim kimi, daha çox psixoloji xarakter daşıyır. Bəlkə də, bir müddət sonra Ermənistanda məğlubiyyət ağrısı səngiyəcək. Mən tənzimlənmə və erməni tərəfinin məğlubiyyəti qəbul etmə, "yeni" dövlət sərhədlərinin yaradılması məsələlərini ayırardım. Sözsüz ki, dövlət sərhədi çəkiləcək, müqavilələr imzalanıb. /oxu.az

Siyasi       Tarix: 28 dekabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor


azerbaycan xeberleri yeni xeberler son xeberler dunya xeberleri cəbhədən ən son xəbərlər son xeberler bu gun xeberler bugun 2026