Sertifikasiyadan kəsilən müəllimlərə qarşı DƏLƏDUZLUQ: Cinayət işi açıldı
Goranboyda sertifikasiya imtahanından kəsilən müəllimlərə qarşı dələduzluq edilib.
KONRKET.az xəbər verir ki, 47 yaşlı rayon sakini Salman Qəmbərov (ad və soyad şərtidir) xeyli miqdarda dələduzluqda təqsirləndirilir.
İttiham aktına görə, rayon ərazisindəki orta məktəblərdə ayrı-ayrı fənlərdən dərs keçən 3 müəllim Elm və Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya imtahanından kəsiliblər. Lakin onlara daha 1 il də işləyib imtahan vermələri üçün şərait yaradılıb. Bu zaman onlar bəzi şəxslərin vasitəsilə Salmanla tanış olublar. Salman onlara növbəti il keçiriləcək sertifikasiya imtahanından 50-dən yuxarı bal yazılacağına dair vəd verib. Bunun üçün hər birindən 9 min manat olmaqla, ümumilikdə 27 min manat pul alıb.
Beləcə, Salmana arxayın olub imtahana girən 3 müəllimin ikisi 30-dan yuxarı, biri isə 30-dan aşağı bal toplayıblar. Aldandığını başa düşən müəllimlər polisə müraciət ediblər. Nəticədə Salman Qəmbərov saxlanılıb və barəsində cinayət işi başlanıb.
İstintaq zamanı Salman hər üç müəllimə vurduğu ziyanı tam ödəyib. Zərərçəkənlər ondan şikayətçi olmadıqlarını və onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş ediblər.
Məhkəmənin qərarı ilə Salman Qəmbərov 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.//lent.az
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yavər Şıxəliyev vəfat etdi
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub