Səudiyyə Ərəbistanı və İran arasında səfərlər yeddi il sonra bərpa edilir
Səudiyyə Ərəbistanı və İran arasında səfərlər yeddi il sonra bərpa edilir
Səudiyyə Ərəbistanı vətəndaşlarının İrana səfərinə qoyulan qadağa aradan qaldırılıb.
Bu barədə İran Turoperatorları Assosiasiyasının İdarə Heyətinin sədri Harmətullah Rəfii xəbər verib.
İki dövlətin səfirliklərinin yenidən açıldığını xatırladan assosiasiya rəhbəri səfərlərin bərpa ediləcəyini vurğulayıb.
"İran və Səudiyyə Ərəbistanı arasında əlaqələr təxminən yeddi ildən sonra quruldu. Bu illər ərzində özəl sektorun tələblərindən biri də münasibətlərin bərpası və iki ölkə arasında səfərlərin artırılması olub. İranın bəzi şəhərləri ilə Səudiyyə Ərəbistanı arasında birbaşa hava əlaqəsinin yaradılması ilə bağlı ilkin danışıqlar və razılıqlar əldə olunub", - deyə o vurğulayıb.
Qeyd edək ki, iki ölkə arasında əlaqələr 2016-cı ilin yanvar ayında Səudiyyə Ərəbistanında şiə məzhəbli tanınmış din xadimi Şeyx Nimrin edamından sonra pisləşmişdi. Həmin hadisə fonunda İranda etiraz aksiyaları başlamış, Səudiyyə Ərəbistanının Məşhəddə və Tehrandakı diplomatik qurumlarına hücumlar edilmişdi. Bununla da ölkələr arasında diplomatik əlaqələr dayandırılmış, Səudiyyə Ərəbistanı öz vətəndaşlarının İrana girişini qadağan etmişdi.
Mənbə: ISNA / oxu.az

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu