Sevgilisini yandırdığı deyilən şəxs bu məmurun oğlu imiş - FOTO

Sevgilisini yandırdığı deyilən şəxs bu məmurun oğlu imiş - FOTOAprelin 18-də Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Röyal Tağıyevin Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırması iddiası ilə bağlı bəzi detallar məlum olub.
KONKRET.az bildirir ki, şübhəli şəxs qismində saxlanılan Röyal Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin oğludur.
Hadisə ilə bağlı Rasim Tağıyev bildirib ki, zərərçəkmiş oğlunu şantaj etmək üçün belə bir əməl törədib:
"Oğlum heç kimi yandırmayıb, oğlumu şantaj etmək üçün qadın özü üzərinə benzin töküb, benzin də siqaretdən alışıb. Özü də bunu etiraf edib. Cinayət işi açılıb. Dövlət hər şeyi ədalətli şəkildə həll edəcək".
R.Tağıyevin dediyinə görə, oğlunun 22, həmin xanımın isə 34 yaşı var:
"Oğlumu dəfələrlə şantaj edib ondan pul istəyib. Pul vermədikdə isə çantasından benzini çıxarıb belə bir əməl törədib. Mənim bundan məlumatım olmayıb. Yeni öyrənmişəm. Xanımın müalicəsi hazırda davam edir. Özüm də vəziyyəti ilə maraqlanıram. Onun da balaları var. Sadəcə ağılsızlıq edib. Allah heç kimin başına belə bir iş gətirməsin. Mən o cür oğul böyütmüşəm. Ağıllı, hörmətli, tərbiyəli uşaqdır".
Qeyd edək ki, ağır yanıq xəsarətləri alan qadın Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. (Bakıvaxtı.az)
Sevgilisini yandırdığı deyilən şəxs bu məmurun oğlu imiş - FOTO

Hadisə       Tarix: 24 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Türkiyənin 7 vətəndaşına qarşı cinayət işi açıb ki, onlardan da biri Fateh Tezcandır. -a istinadən xəbər verir ki, Fateh Tezcan 1976-cı ildə İstanbulun Bakırköy rayonunda anadan olub

Bakıda qayınana gəlinini döydü: cinayət işi açıldı

Bakıda qayınana gəlinini döyüb. -a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. 46 yaşlı Zəhra Tağıyeva (şərti adla) yaşadıqları evdə döşəmə silən taxta ilə gəlininin alnına və əllərinə zərbələr vurub

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

Bakıda 20 yaşlı oğlanı bıçaqladılar

Bakıda bıçaqlanma hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, hadisə bu gün gecə saat 02 radələrində qeydə alınıb. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əkbər Səbuhi oğlu Məmmədov kəsici-deşici xəsarətlərlə xəstəxanay

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta kriminal xeber hava haqqinda son.xeberler