Səxavət Məmməd: "Rusiyanın bir neçə şəhərinə enməyə cəhd göstərilsə də, ruslar buna imkan yaratmayıblar"

Səxavət Məmməd: Dekabrın 25-də Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.Aktauda qəzaya uğrayan təyyarə Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Üstəlik, Rusiya tərəfinin elektron döyüş sistemlərindən istifadə etməsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic edilib. Məhz bu vəziyyətə görə təyyarə Rusiya aviasiya məkanında radarlardan itib.
KONKRET.az-a açıqlama verən hərbi ekspert Səxavət Məmməd bildirib ki, "Pantsir-S" Hava Hücumundan Müdafiə Sistemləri həm aviasiya vasitələri, həm də sonradan kiçik dronları izləmək üçün təkmilləşdirilib:
"Bu sistemlər kiçik dronlar üçün də istifadə olunur. Bunların mərmiləri hədəfə çatana qədər, təxminən 20 metr radiusda partlayır və qəlpələr ön tərəfə sıçrayır. Bu da ona görədir ki, havada dron varsa  qaçmaq imkanı olmasın və həmin dron ətrafa yayılan qəlpələr vasitəsi ilə məhv edilsin. Ona görə də ruslar bu sistemlərdən bütün istiqamətlər üzrə geniş istifadə edirlər. "Pantsir-S"lə vurulma məsələsinə gəldikdə, təyyarənin ümumiyyətlə Qroznuya getdiyi vaxtda şəhər üzərində Ukrayna dronlarının olmasıyla bağlı məlumat var idi. Hətta havada bir neçə Ukrayna dronunun vurulduğunun sonradan videoları da yayımlandı. Azərbaycan təyyarəsi bir başa hava hücumundan müdafiə sistemi ilə vurulmayıb. Əgər atəş bir başa təyyarəyə açılsaydı, o zaman təyyarə göydə partlayar və qalıqları ələ gəlməzdi. Çünki mülkü təyyarələrin zirehi olmadığından partlayış dərhal baş verir. Ona görə də, bu təyyarənin nişan alınıb vurulması ağılabatan versiya deyil. Amma hər hansı PUA-nı vurarkən "Pnstsir-S"in mərmisindən çıxan qəlpələrin təyyarəyə dəymək ehtimalı var və bu ehtimal daha ağılabatandır.
Görünən odur ki, bu təyyarə zədələnib və bundan əlavə Ukrayna dronlarının ən çox hücum elədiyi şəhərlərdə radioelektron mübarizə vasitələrindən  (REM) istifadə olunur. Hətta bu qurğular o qədər  sıxlaşdırılıb ki, öz dronlarına belə ciddi problemlər yaradır. Təyyarənin radarlardan itməsinin  səbəblərindən biri də REM-ə məruz qalmasıdır. Bu zaman təyyarə radardan itib Rusiya ərazisində  enə bilməyib. Daha doğrusu, təyyarə Rusiyanın bir neçə şəhərinə enməyə cəhd göstərsə də ruslar buna imkan yaratmayıblar. Bu da o deməkdir ki, təyyarə məcburən Qazaxıstana uçub. Pilot hesab edib ki, Aktau hava limanına enə biləcək. Aktauda təyyarə iki dəfə yerə doğru hərəkət edir, qalxır. Bu, o deməkdir ki, təyyarə ciddi şəkildə zədələnib və onun idarə olunması qeyri mümkündür. Onu xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan pilottları ilə bağlı bəzən çox suallar verilir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın xüsusən pilotları dünyanın ən yaxşılarındandır və düşünürəm ki, o təyyarəni başqa ölkənin pilotu idarə etsəydi nəticə daha ağır olardı. Suallar verirlər ki, niyə suya eniş edilməyib. Su daha problemli olacaqdı. Orada hipotermiya məruz qalacaqdı. Böyük ehtimalla oradan heç kim sağ çıxa bilməyəcəkdi. Ona görə də kapitan ən doğru seçimi edib. Onların fəaliyyəti nəticəsində 30-dan çox adam sağ qalıb. Bir məsələni də qeyd edim ki, bundan sonra Azərbaycan aviaşirkətləri Ukrayna dronlarının hücum etdiyi Rusiya şəhərlərinə uçuşları dayandırmalıdır. Əslində, Rusiya tərəfinin də problemlərindən biri budur ki, onlar məsuliyyəti öz üzərlərinə götürməli və hava limanlarını bağlamalıydı.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 27 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən görüntüleri sou xeberler bugun qurban bayrami 2026 meherremlik 2026