"Şəxsi həyata və ailə üzvlərinə yönələn hücumlar planlı informasiya təsiri aləti bağışlayır" - Deputat
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvlərinə qarşı aparılan sistemli informasiya hücumları müəyyən dairələrin maraqlarına xidmət edir".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədri, Milli Məclisin deputatı Razi Nurullayev deyib.
O bildirib ki, bu cür hücumlar təsadüfi deyil:
"Bu cür hücumların böyük hissəsi təsadüfi və ya yalnız fərdi təşəbbüs nəticəsi deyil. Bu dairələr və onların qaynaqları həm ölkə daxilində, həm də xaricdə mövcuddur. Məqsəd adətən ictimai rəyi çaşdırmaq, dövlət institutlarına inamı zəiflətmək və siyasi sabitliyə xələl gətirməkdir. Xüsusilə regionda geosiyasi proseslərin mürəkkəbləşdiyi bir dövrdə bu cür kampaniyaların artması da təsadüfi görünmür".
Parlamentari qeyd edib ki, şəxsi həyata və ailə üzvlərinə yönələn hücumlar planlı informasiya təsiri aləti bağışlayır:
"Cəmiyyətdə tənqid və fikir müxtəlifliyi normaldır, amma şəxsi həyata və ailə üzvlərinə yönələn hücumlar artıq siyasi müzakirə çərçivəsindən çıxır və daha çox planlı informasiya təsiri aləti bağışlayır".
Şahanə Ziyad

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
"Əl-Nəsr"dən Ronaldonu istədilər