Şeyxdən Azərbaycanda Ramazan ayının aprelin 3-də başlayacağı iddialarına CAVAB
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda Ramazan ayının aprel ayının 3-də başlayacağı ilə bağlı yayılan iddia aydınlıq gətirib.
azxeber.com "oxu.az"a istinadən xəbər verir ki, o bildirib ki, idarə Qazılar Şurasının Ramazan ayı ilə bağlı verdiyi fətvada AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinad etdiyi göstərilib:
"Bəzi insanlar bunu birmənalı qarşılayıb, sosial şəbəkələrdə Ramazan ayının Azərbaycanda aprel ayının 3-də başlayacağını qeyd ediblər. Bununla bağlı Rəsədxananın Elmi əlaqələr və Təşkilat şöbəsinin müdiri Kamal Hüseynovla əlaqə saxladıq.
O qeyd edib ki, "Azərbaycan üfüqündə 01 aprel 2022-ci il tarixdə Ramazan hilalı 06.42-də doğub. Həmin gün 19.04-də Günəş batmış, 19.18-də isə Ay Günəşdən 14 dəqiqə gec batmışdır. Hilalın işıqlanması 0.2% olduğundan teleskopla müşahidə edilib.
Bu gün isə Günəş 19.05-da batacaq, Ay isə Günəşdən 1 saat 18 dəqiqə gec 20:23 də batacaqdır. Hilalın işıqlanması iki faiz olacaqdır".
Şeyx əlavə edib ki, adi gözlə Hilalı Azərbaycan üfüqündə iki gecəlik tam müşahidə etmək mümkün olacaq:
"Beləliklə QMİ-nin verdiyi fətva Azərbaycan üfüqü üçün tam həqiqəti əks etdirir. Xalqımızı mübarək ayın başlanması münasibətilə təbrik edirəm".

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi