Şeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edib

Şeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edibMartın 19-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında müqəddəs Ramazan ayı ilə əlaqədar iftar süfrəsi açıb.
"Report" xəbər verir ki, əvvəlcə müqəddəs "Qurani-Kərim"dən ayələr oxunub.
Ənənəvi iftar mərasimində çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Ramazan ayının fəzilətlərindən danışaraq, Azərbaycanda olan dini toleranlığa diqqət çəkib, Azərbaycanda dini icmalara dövlət qayğısını, Prezident İlham Əliyevin himayəsini və qayğısını yüksək qiymətləndirib.
A.Paşazadə Prezident İlham Əliyevin müzəffər siyasətinin davamlı uğurlarından, dövlətçiliyimizin mənafeləri, xalqımızın rifahı naminə dəyərli səy və əməllərindən, azad Qarabağda dini-mənəvi irsimizin dirçəldilməsindən bəhs edərək, bu nailiyyətlərin xalqımızın rifahında, dövlətimizin inkişafında, habelə ölkəmizin dünya miqyasında tanıdılmasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Şeyxülislam qeyd edib ki, Azərbaycandakı tolerantlıq modeli bütün dünyaya nümunədir və belə xoş, mehriban mühit demək olar, heç bir yerdə yoxdur. O, dua edib ki, Allah-Taala bu birliyimizi əlimizdən almasın. Vurğulayıb ki, Azərbaycan dünyada dini və məzhəb ayrı-seçkiliyinə yol verilməyən nadir ölkələrdəndir. Bu, bizim həyat tərzimizdir, təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, dövlət başçımız İlham Əliyevin uğurla davam etdirdiyi müdrik dövlətçilik siyasətinin, din-dövlət münasibətlərinin bəhrəsidir.
Ölkəmizin postmüharibə dövründə dini fəaliyyətini diqqətə çatdıran QMİ sədri vurğulayıb ki, 30 illik düşmən işğalında dağıdılmış məscid və kilsələr bu gün Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə bərpa olunur, dindarların rahat şəkildə istifadəsi üçün hər bir şərait yaradılır.
Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdəki din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, bu amilin bütün dini icmaların fəaliyyətinə dəstək və diqqətdə ifadə edildiyini, dini-mənəvi həyatımızda hökm sürən dinlərarası harmoniyanı gücləndirdiyini bildirib.
Mərasim çıxış edən Milli Məclis sədrinin müavini Əli Əhmədov ölkəmizdəki dövlət-din münasibətlərinin qarşılıqlı hörmət və dünyəvilik prinsipləri əsasında formalaşdığını, dövlətin dini inanclara tolerant yanaşdığını və cəmiyyətin müxtəlif konfessiyalar arasında harmoniyanın qorunmasına önəm verdiyini vurğulayıb.
Azərbaycandan fərqli olaraq dünyanın bir çox regionlarında dini dözümsüzlüyün, ayrı-seçkilik və radikalizm hallarının artdığını, bəzi ölkələrdə müxtəlif dini qruplar arasında qarşıdurmalar yaşandığını diqqətə çatdıran Əli Əhmədov bildirib ki, ölkəmizdə Heydər Əliyevin əsasını qoyduğu sülh içində birgəyaşayış siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra ölkəmizdəki dini konfessiyaların rəhbərləri çıxış edərək, belə mübarək məqamda qardaşlıq süfrəsi ətrafında bir araya gəlmələrinin Azərbaycanın örnək multikultural həyat reallığı olduğunu xüsusi vurğulayıblar. Bildirilib ki, Azərbaycanda din nümayəndələrinin mehriban qardaşlıq şəraitində, sülh içində və bir ailənin üzvləri kimi yaşaması bütün dünya üçün bəşəri əhəmiyyət daşıyan dinlərarası qarşılıqlı anlaşma və birgəyaşayış nümunəsidir.
Sonda iftar süfrəsi verilib.
Şeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edibŞeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edibŞeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edibŞeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edibŞeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edibŞeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edibŞeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edibŞeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edibŞeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edib

Siyasi       Tarix: 20 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Alen Simonyan Moskvadan soruşdu: "Baza mövzusunu kim qaldırıb?"

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib ki, Gümrüdəki Rusiya 102-ci hərbi bazasının mövzusunu İrəvan qaldırmayıb. Ermənistan KİV-inə istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında Simonyan bildiri

BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbayca

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür. xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahl

Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanın revanşist dairələrində verilən reaksiyalar qəbuledilməz və təəssüf doğurucudur. Ermənistan cəmiyyətind

Rusiya və Azərbaycan mühüm addıma hazırlaşır – Görüşün detalları açıqlandı

Rusiya və Azərbaycan arasında münasibətlərin gələcək istiqamətləri ilə bağlı Moskvada mühüm diplomatik təmas baş tutub. xəbər verir ki, tərəflər qarşıdakı təmasların qrafikini dəqiqləşdiriblər. Rusiya xarici işlər nazirini

Azərbaycan XİN Çilini təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilini Müstəqillik Günü münasibətilə təbrik edib. KONKRET.azxəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib. "Çilini və xalqını Müstəqillik Günü münasibətilə səmim

Ölkələrimizdə əhalinin artması prosesi müşahidə olunur' - Prezident

"Əlbəttə ki, ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması da üstünlükdür. Çünki bir çox ölkələrdə əhalinin sürətlə azaldığını görürük". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-y

Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı yeni səfiri təyin olunub. Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib. Giorgi Zakaraşvili 2021-ci ildən Gürcüstanın Ukraynadakı səfiri və GUAM-dakı daimi nümayəndəs

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı

DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib. Bu barədə -a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib. Bildirili


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun 2026 kriminal xeberler kriminal xeber dunya xeberleri