Shokki Mokki"nin dəstəyi ilə uşaqların fiziki və zehni inkişafı üçün yeni layihə başlayır
İlk milli uşaq markası "Shokki Mokki" Vuvuzela Media ilə birlikdə balacaları sevindirəcək yeni layihəyə start verir.
"İdman maneə tanımır" şüarı ilə ərsəyə gətirilən "Kiçik addımlarla, böyük uğurlar" layihəsi Uşaqların Beynəlxalq Müdafisi Günü başlayacaq.
1000-dən artıq uşağın iştirakı nəzərdə tutulan layihə Bakıda və bölgələrdə baş tutacaq.
Bura "Məktəbim" layihəsi çəçivəsində fəaliyyət göstərən məktəbəqədər təhsil ocaqlarındakı uşaqlar da cəlb olunacaq.
Uşaqların fiziki və zehni inkişafı, əyləncəsi üçün keçirilən sosial layihənin tərəfdaşlarından biri də "Qarabağ" futbol komandasıdır.
Tanınmış futbolçular layihə çərçivəsində görüşlər keçirərək uşaqlara imzalı posterlər hədiyyə verəcək, idmana, xüsusilə də futbola həvəsləndirmək üçün öz təcrübələrini bölüşəcəklər.
Layihənin fəxri səfirləri xalq artisti Tünzalə Ağayeva və məşhur aparıcı Fira Cəlilovadır.
1-7 İyun aralığında həyata keçiriləcək layihəyə Bakı, Gəncə, Şirvan, Hacıqabul, Quba, Xaçmaz və Salyanda olan "Məktəbim" uşaqları da cəlb olunacaq. İlk tədbirin Gəncə şəhərində festival şəklində keçirilməsi nəzərdə tutulub.
Uşaqlar üçün maraqlı, musiqili, öyrədici oyunlar hazırlanıb.
Onu da qeyd edək ki, xalq artisti Tünzalə Ağayeva layihə üçün xüsusi himn bəstələyib. Bu himn uşaqların idmana olan həvəsini, marağını artıracaq və ilk dəfə Gəncədəki tədbirdə səsləndiriləcək.
Layihə haqqında ətraflı məlumat "Shokki Mokki"nin instaqram səhifəsində bölüşüləcək.



/ azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam