"Silk Way Airlines" 20-ci ildönümünü qeyd edir

"Silk Way Airlines" 20-ci ildönümünü qeyd edir
"Silk Way Group" şirkətlər qrupunun üzvü olan və çarter reysləri şəbəkəsi ilə qlobal miqyasda xidmət göstərən aparıcı hava yolu yükdaşımaları şirkəti "Silk Way Airlines" 20 illik yubileyini qeyd edir.
"Silk Way Airlines" yarandığı gündən etibarən Azərbaycanın iqtisadi müstəqilliyinə və regional liderliyinə öz töhfəsini verdi. Bu əzm hava yolu yükdaşımaları şirkətini məhz öz məqsədlərinə dərindən bağlayan sevdadan qaynaqlanırdı.
Bu illər ərzində "Silk Way Airlines" şirkətinin marşrut şəbəkəsi dünyanın 130-dan artıq ölkəsini əhatə etdi, aviadaşıyıcının təyyarələri isə 70 milyon dəniz mili məsafə qət edərək 600 min tondan çox yük daşıdı.
2001-ci ildə qurulmuş şirkətin işçi heyəti hazırda beynəlxalq səviyyədə tanınmış kvalifikasiyaya malik 440-dan artıq yüksəksəviyyəli təcrübəsi olan peşəkardan ibarətdir. Hava yolu yükdaşımaları şirkəti ilk öncə sərnişin aviasiyasının uçuş dəstəsi əsasında yaradıldı. Şirkət təsis edilməmişdən əvvəl üç ekipaj 1996-cı ildə Ukraynanın Uzin aerodromunda simulyator təlimini müvəffəqiyyətlə bitirərək Kiyev yaxınlığındakı Julyanı texniki təlim mərkəzində xüsusi hazırlıq keçdi. Onlar, sonradan "Silk Way Airlines" şirkətinin ilk uçuş heyətini formalaşdırdılar.
"Silk Way Airlines" şirkətinin donanması hazırda beş "İlyuşin IL-76" təyyarəsindən ibarətdir. Bir çox hallarda, ekipaj yol şəbəkəsindən tamamilə ayrılmış, qeyri-münasib və ya infrastruktursuz, eləcə də yerüstü dəstəyi və ya yükləmə-boşaltma əməliyyatları üçün avadanlıqları olmayan bölgələrə xüsusi və kritik yüklərin çatdırılmasını təmin edib. Yük bölməsi avadanlığı sayəsində İlyuşin yük təyyarələri həcmli, dəyərli və ya təhlükəli yüklərin, habelə neft-qaz avadanlıqlarının, özüyeriyən qurğuların və böyük ölçüdə yüklərin daşınması üçün optimal həlldir.
"Silk Way Airlines" şirkəti ilk beynəlxalq uçuşunu 2001-ci ilin oktyabr ayında Bakı-Lö Burje-Baqram marşrutu istiqamətində IL-76 4K-AZ19 təyyarəsi ilə həyata keçirdi. Bu, Əfqanıstanda "Sarsılmaz azadlıq" əməliyyatının başlamasından sonra bu ölkəyə yerinə yetirilən ilk mülki uçuş idi.
Bu gün "Silk Way Airlines" müntəzəm uçuşların həyata keçirilməsi mümkün olmayan ərazilərə yüklərin çatdırılması üzrə sərfəli təkliflər təqdim edir.
"Son 20 ildə qazandığımız ən böyük nailiyyət əldə etdiyimiz geniş təcrübə və bu müddət ərzində bir sıra çətinliklərin öhdəsindən uğurla gəlməyimizdir. Bunun sayəsində "Silk Way Airlines" bu gün yalnız Xəzər bölgəsində deyil, həm də uzaq bölgələrdə xidmət göstərməkdədir. Şübhəsiz ki, bu 20 illik uğur hekayəsinin arxasında daima güclü peşəkarlardan ibarət bir komanda vardı", - deyə "Silk Way Airlines" şirkətinin direktoru Rəhim İslamov qeyd edir.
2006-cı ilin iyul ayında təsis edilən "Silk Way Group" Azərbaycan iqtisadiyyatında lider mövqe tutan və dinamik inkişaf edən şirkətlər qrupudur. 2019-cu ildəki restrukturizasiyadan sonra qrup hava yolu yükdaşımaları və təyyarələrə texniki xidmət göstərən "Silk Way Airlines", "Silk Way West Airlines" və "Silk Way Technics" şirkətlərindən ibarətdir. /oxu.az

Turizm       Tarix: 09 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb. Bu barədə "Azərbayca

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir. Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdi

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrində

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezenesi ən son xəbərlər xeber saytlari