"Silk Way" Bakıda iri beynəlxalq "Caspian Air Cargo" sammitini təşkil edir - FOTO/VİDEO

"Silk Way" Bakıda iri beynəlxalq "Caspian Air Cargo" sammitini təşkil edir - FOTO/VİDEO"Silk Way" Bakıda iri beynəlxalq "Caspian Air Cargo" sammitini təşkil edir - FOTO/VİDEO
Oktyabrın 8-də "Fairmont Baku Flame Towers" hotelində ənənəvi ikigünlük beynəlxalq "Caspian Air Cargo 2019" sammiti işinə başlayıb.
Sammitin təşkilatçıları qismində Azərbaycanın milli yük aviadaşıyıcısı "Silk Way" və İsveçin "Euroavia International" şirkəti çıxış edir.
200-dən çox menecer və tanınmış dünya şirkətlərinin rəhbərlərinin qatıldığı illik forum çərçivəsində logistika sahəsində mövcud tendensiyalar, habelə yaxın gələcək üçün proqnozlar müzakirə ediləcək.
Sammitdə "İpək Yolu"nun bölgədəki aviaşirkətlər və hava limanları üçün potensialının açılması mövzusuna xüsusi diqqət yetiriləcək. Həmçinin ayrı-ayrı sessiyalar logistika sahəsindəki innovasiyalara, MDB üzrə yükdaşımalar bazarındakı yeniliklərə, elektron ticarətə və digər aktual mövzulara həsr olunacaq.
Sammit iştirakçıları qarşısında salamlama nitqi ilə çıxış edən Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulub və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasətin ölkəmizin beynəlxalq arenada əhəmiyyətini daim artırdığını qeyd edib.
Azərbaycanın mülki aviasiyası ölkənin qeyri-neft sektorunun inkişafına mühüm töhfə verir və bu gün bu sahədə mövqeləri möhkəmləndirmək üçün yeni imkanlar araşdırılır.
"Bu gün Şərq və Qərb arasında körpü kimi çıxış edən Azərbaycan beynəlxalq arenada tranzit daşımalar üzrə əsas tərəfdaşlardan biri kimi qəbul edilir", – Arif Məmmədov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın mülki aviasiyası qarşısında qoyulan bütün vəzifələr uğurla icra edilir və Heydər Əliyev Beynəlxalq Aeroportunun mühüm logistika habına çevrilməsi bunu bir daha təsdiqləyir.
Qeyd edək ki, son illər "Silk Way" aviaşirkəti fəaliyyət sahəsini xeyli genişləndirərək əsas habı Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu olan "Avropa-Asiya" tranzit bazarında iri aviadaşıyıcıya çevrilib.
2012-ci ildə əsası qoyulduğu gündən yükdaşıyıcısı bütün dünyada bir çox istiqaməti əhatə etmək üçün marşrut şəbəkəsini daim genişləndirir. "Silk Way" Bakıdan on "Boeing 747" təyyarəsi ilə Honq-Konq, Osaka, Seul, Dakka, Şanxay, Sinqapur, Kuala-Lumpur, Çikaqo, Milan, Amsterdam, Lüksemburq, İstanbul, Dubay və bu kimi böyük nəqliyyat mərkəzlərinə reyslər həyata keçirir.

"Silk Way" Bakıda iri beynəlxalq "Caspian Air Cargo" sammitini təşkil edir - FOTO/VİDEO"Silk Way" Bakıda iri beynəlxalq "Caspian Air Cargo" sammitini təşkil edir - FOTO/VİDEO"Silk Way" Bakıda iri beynəlxalq "Caspian Air Cargo" sammitini təşkil edir - FOTO/VİDEO"Silk Way" Bakıda iri beynəlxalq "Caspian Air Cargo" sammitini təşkil edir - FOTO/VİDEO

Turizm       Tarix: 02 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır. "İnquşetiya hökuməti Bakıya qatarların hərəkətini təmin etmək üçün ötən əsrin 90-cı illərindən boş qalan dəmiryol relslərini təmizləyir"

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günlər

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bu qun cəbhədən son xeber krimnal xeber valyuta mezenesi