"Silk Way Holding"in əməkdaşları təltif edildi

"Silk Way Holding"in əməkdaşları təltif edildi"Silk Way Holding"in əməkdaşları təltif edildi
Prezident İlham Əliyev Azərbaycanda mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə bir sıra "Silk Way Holding" şirkətlər qrupunun əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Bildiyiniz kimi, hər il 2 iyunda Azərbaycan Respublikası Prezidentinin 18 may 2006-cı il tarixli Fərmanı ilə təsis edilmiş mülki aviasiya işçilərinin peşə bayramı qeyd olunur. Bu gün mülki aviasiyanın inkişafında əməyi olan ən görkəmli mütəxəssislər dövlət mükafatlarına layiq görülürlər.
Hər il olduğu kimi, bu dəfə də 2 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Mülki Aviasiya işçilərinin təltif edilməsi haqqında sərəncam imzaladı.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq "Silk Way Holding"ın bir sıra işçiləri mülki aviasiya sahəsində səmərəli fəaliyyətlərinə görə mükafatlandırıldı.
Beləliklə, "SW Technics" şirkətinin uçuş məlumatının təhlili üzrə mühəndis-pilotu Tibilov Zaxar Konstantinoviç (aviasiyada 51 illik təcrübə) 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edildi. İL-76 tipli HG-nin təlimatçı kapitanı  Knyazev Vitaliy Vitalyeviç (aviasiyada 35 illik təcrübə) "Tərəqqi" medalına layiq görüldü.
"Əməkdar Mühəndis" fəxri adını "Silk Way Technics" şirkətinin baş direktoru Səfərov Emin Nadir oğlu (aviasiyada  22 illik təcrübə) alıb. "Əməkdar Pilot" fəxri adı "Silk Way Airlines" aviaşirkətinin Boeing 747-400 tipli HG-nin kapitanı Novruzov Əkbər Mühüddin oğluna (aviasiyada 39 illik) verilib. 
Bundan əlavə, "Silk Way Holding" şirkətlər qrupunun işçiləri Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə mükafatlara layiq görüldülər.
"Mülki aviasiya sahəsində xidmətlərə görə" medalı ilə aviasiyada 21 il iş təcrübəsi olan "Silk Way West Airlines" şirkətinin İstehsalat və korporativ əlaqələr üzrə icraçı vitse-prezidenti Kamran Qasımov və aviasiyada 20 illik iş təcrübəsinə  sahib olan "Silk Way Technics" şirkətinin baş direktorun maliyyə məsələləri üzrə müavini Elçin Aydəmirov təltif edildi. 
Qeyd edək ki, "Silk Way Holding"in prezidenti Zaur Axundov holdinqin idarə heyətinin iclasında mükafatlara layiq görülən işçiləri peşə bayramları münasibətilə şəxsən təbrik etdi, onlara təntənəli şəkildə mükafatları təqdim etdi və işlərində uğurlar arzuladı.
"Azərbaycanın mülki aviasiyasının bu qədər böyük uğurlara imza atmağı və həmkarlarımın peşəkar nailiyyətləri məndə böyük fəxr hissi doğurur. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mülki aviasiyaya daim diqqət və qayğı göstərməsinin nəticəsidir. Əziz həmkarlar, fədakar əməyinizə görə hamınıza dərin təşəkkürümü bildirirəm!", - o deyib.
"Silk Way Holding" aviadaşınma və təyyarələrin istismarı sahələrində müxtəlif xidmətlər göstərən şirkətlər qrupunu idarə və inkişaf etdirmək üçün 2006-cı ildə yaradılıb. Bu gün holdinqə 1400-dən çox yüksək ixtisaslı mütəxəssisin çalışdığı "Silk Way West Airlines", "Silk Way Airlines" və "Silk Way Technics" kimi şirkətlər daxildir.
Qeyd edək ki, "Silk Way Holding" şirkətlər qrupu tərəfindən COVİD-19 pandemiyası zamanı Azərbaycan Respublikası Hökumətinin həyata keçirdiyi uzaqgörən strategiya nəticəsində ölkə hava nəqliyyatı ilə digər ölkələrlə sabitlik təmin edilib.
Karantin dövründə müxtəlif antiseptiklərin və xüsusi qoruyucu vasitələrin (maska, əlcək, kostyum, eynəklər) Mərkəzi Avropa ölkələrinə, ABŞ və Çinə çatdırılması ilə bağlı dövlət və özəl sektordan gələn müraciətlərə aid reyslər ardıcıl olaraq həyata keçirilib.
Bu çətin dövrdə Azərbaycanın aviasiya sahəsində səmərəli hava nəqliyyatı sistemi uğurla qurulub, müvəqqəti çətinliklərin aradan qaldırılması üçün bütün tədbirlər görüldü. /oxu.az

Turizm     Baxılıb: 884   Tarix: 09 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib. Nazirlər Kabineti "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nda dəyişiklik edib.  xəbər verir ki, Qaydaya əsasən, aviasiya təhlükəsizliy

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO. Tacikistanın "Somon Air" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır. Bu barədə "Report"a açıqlamasında Tacikistanın "Dourgar

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-d

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO. Fəridə Babayeva Azərbaycanın ən gənc xanım dağçısıdır. O, hələ 13 yaşı olanda Quba rayonunun Xınalıq kəndi yaxınlığında


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son vəziyyət en son xeberler cəbhədən yeni xəbərlər valyuta mezennesi 2026