Şimali Kiprin Prezidenti Azərbaycan xalqını təbrik edib - FOTO
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə "X" sosial şəbəkə hesabında paylaşım edib.
azxeber.com xəbər verir ki, paylaşımda deyilir:
"Qədim qardaşlıq bağlarımız olan can Azərbaycanın 32-ci Müstəqillik Gününü ürəkdən təbrik edir, Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına uğurlarla dolu firavan günlər arzulayıram".