Şimali Koreyada yeni lider kim olacaq?
Koreya Fəhlə Partiyasının Səkkizinci Çağırış Mərkəzi Komitəsinin IX Plenumunun iclasında çıxış edən Şimali Koreya lideri Kim Çen In 2023-cü ili dönüş ili adlandırıb.
KONKRET.az xəbər verir ki, plenumda təkcə Pxenyanın nüvə raket proqramı haqqında deyil, həm də Şimali Koreya diktatorunun qızı Kim Ju Ae-nin gələcək karyerası da müzakirə olunub.
Kim Ju-ae ilk dəfə 2022-ci il noyabrın 18-də ictimaiyyət qarşısına çıxıb. O vaxt qızın təxminən 9 yaşı var idi. Dərhal analitiklərin və medianın diqqətini cəlb edən qızcığazın "üstünlüklərindən" bütün Şimali Koreya danışmağa başlayıb. 2023-cü ilin fevral ayına qədər Kim Ju-ae atasını beş tədbirdə müşayiət edib və ekspertlər onu Kim Çen Inın potensial varisi sayırlar. Amma Şimali Koreyalılar üçün hələ də çox əhəmiyyətli olan Konfutsi dəyərlər sistemi qadına əyalətdə birinci olmağı qadağan edir.
Dekabrın 6-da Cənubi Koreyanın birləşmə məsələləri üzrə naziri Kim Yonq Ho mediaya müsahibəsində demişdi ki, KXDR lideri, deyəsən, öz mövqeyini ortaya qoymağa "tələsdi". Qızını hakimiyyətin üçüncü transferinə hazırlayır. Nazirin gəldiyi nəticəni indi Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NIS) bölüşür. Dekabr ayında NIS-in yeni rəhbəri Ço Tae-yong media şirkəti KBS-ə demişdi ki, o, Kim Ju-aenin həqiqətən bir gün Şimali Koreyanın rəhbərliyində atasının yerinə oturmağa hazırlandığına inanır. Çonun sözlərinə görə, Şimali Koreyanın təbliğat maşını qız üçün fəal şəkildə şəxsiyyət kultu yaradır. Yerli mediada onu indi "Koreyanın səhər ulduzu" adlandırırlar. Bu titul əvvəllər ölkənin qurucusu Kim İr Senqa məxsus idi.
Vəli Həsənov,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi