Simonyandan Zaxarovaya: Heç kimə salam verməyək?
Belə çıxır ki, hətta beynəlxalq platformalarda tərəfdaşlarla ünsiyyət Rusiya tərəfindən antirusiya jesti kimi dəyərləndirilir. Ermənistan heç kimlə ünsiyyət qurmamalı, başqa platformada iştirak etməməli, hətta heç kimlə salamlaşmamalıdır. Bunlar, deyəsən "düzgün federal ideyalar"dır.
KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
"Ermənistan həmişə onkoloji cəhətdən "müttəfiqdən asılı olmalıdır", Ermənistan həmişə qorxmalıdır. Qorxmalıdır ki, müttəfiq yoxdursa, öldürüləcək. Bu qorxu, bu qılınc həmişə erməninin başının üstündən asılmalıdır ki, müttəfiq olun.
Maraqlıdır, məsələn, Ermənistanla aktiv müharibə vəziyyətində olan Azərbaycana milyardlarla dollar dəyərində silah satılması və Ermənistanla bağlanmış müqavilələr üzrə öhdəliklərin açıq-aşkar yerinə yetirilməməsi, eyni məntiq deyil?", – Simonyan bildirib.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın görüşünü nümayişkaranə antirusiya addımı adlandırmışdı.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ