Sinir sistemini sakitləşdirir, immuniteti gücləndirir - İtburnunun FAYDALARI
Hələ qədim dövrlərdən insanlar itburnu bitkisini bir çox xəstəliklər zamanı dərman əvəzi kimi istifadə ediblər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, elə bu gün də itburnu bitkisinin müalicəvi xüsusiyyətləri haqqında məlumatlı olanlar apteklərə üş tutmağa tələsirlər. Çünki bu bitki bir çox dərdlərə dərmandır. Öz zəngin tərkibinə görə itburnunun insan sağlamlığı üçün saymaqla bitməyən faydaları var.
İtburnunun tərkibi A, B1, B2, P, K və C vitaminləri, zülal, minerallar, potasyum, sodium, maqnezium, kalsium və fosforla zəngindir. Əvvəlcə itburnudan dəmlənmiş çayın faydalarına nəzər salaq:
1. İmmuniteti gücləndirir
2. İltihabi proseslərin qarşısını alır
3. Soyuqdəymə zamanı olduqca xeyirlidir
4. Sinir sistemini sakitləşdirir
5. Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır
6. Mədə ağrılarını götürür
7. Bağırsaqların təmizlənməsinə kömək edir
8. Ürək-damar xəstəlikləri üçün faydalıdır
9. İştahı açır
10. Qan təzyiqini aşağı salır
11. Maddələr mübadiləsini normallaşdırır
12. Sidikqovucu xassəyə malikdir
13. Orqanizmin ümumi tonusuna müsbət təsir göstərir
İtburnu çayını hazırlamaq üçün iki qaşıq itburnu meyvəsini xırda hissələrə bölmək, üzərinə 250 qram qaynar su əlavə edərək 10 dəqiqə dəmdə saxlamaq lazımdır. İstifadə zamanı zövqə uyğun az miqdarda şəkər tozu, yaxud bal da əlavə etmək olar.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ