Siqaret çəkənlər üçün VACİB XƏBƏR

Siqaret çəkənlər üçün VACİB XƏBƏRÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) dərslərdə, küçədə oyun vaxtı və ya məktəb avtobusunu gözləyərkən adi və elektron siqaret çəkməyi qadağan etməyə çağırıb və xəbərdarlıq edib ki, gənclər hələlik tütün və nikotin məmulatları üzrə marketinq auditoriyasının əsas hədəflərindən biridir.
azxeber.com Trend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına görə, tütün sənayesinin bu cür yanaşması nəticəsində elektron siqaretlərin istifadəsi genişlənib və siqaret çəkən on nəfərdən doqquzu bu zərərli vərdişə 18 yaşından əvvəl, bəziləri isə 11 yaşınadək başlayır.
"Məktəblərin unikal vəziyyətdə olması onlara siqaret çəkməyin və uşaqlar tərəfindən tütünün digər növləri və nikotindən istifadə edilməsinin azaldılmasında mühüm rol oynamağa imkan verir", - ÜST-dən bildirilir.
Avropalı yeniyetmələr arasında siqaret çəkmə nisbətinin azalmaqda davam etməsinə baxmayaraq, ÜST, elektron siqaretlər də daxil olmaqla, yeni tütün və nikotin məmulatlarının sayının artması barədə məlumat verib.
BMT-nin agentliyi qeyd edir ki, bu məmulatlar birdəfəlik adi və bir qayda olaraq, üzərində sağlamlıq üçün ziyanın olması haqqında xəbərdarlığın olmadığı elektron siqaretlərin satışı sayəsində gənclər üçün daha əlçatan olub.
"Təcili tədbir görməsək, tütün sənayesinin qeyri-etik təcrübəsi səbəbindən tütün və nikotin istehlakçılarının yeni nəslinin yaranmasının şahidi ola bilərik", – deyə ÜST-nin Avropa üzrə regional direktoru Hans Klyuge bildirib.
Cenevrədə jurnalistlərin qarşısında çıxış edən ÜST-nin Tibb şöbəsinin rəhbəri Kerstin Şotte xəbərdarlıq edib ki, tütün hər il səkkiz milyon və ya hər dörd saniyədə bir insanın həyatına son qoyur. Bununla belə, tütün tüstüsündən ölən 1,3 milyon insan özləri bu məmulatın istifadəçisi deyil, passiv siqaret çəkməyin qurbanı olur. Şotte qeyd edib ki, "dünyada uşaqların yarısı tütünlə çirkləndirilmiş hava ilə nəfəs alır və nəticədə hər il tütün tüstüsünün təsiri səbəbindən 51 min uşaq ölür".

Sosial       Tarix: 28 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxəbər xeberler bugun metbuat xeberleri oxu.az xeberler