Siqaret və qəlyan bahalaşır - QƏRAR VERİLDİ
Bu gündən etibarən tərkibində tütün və ya tütün əvəzləyicisi olan siqaretlərin aksiz dərəcəsi 1000 ədədi üçün 43 manatdan 46,5 manata qaldırılıb.
azxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə qızdırılma nəticəsində istehlak edilən tütün və tütün məhsullarının aksiz dərəcəsi isə 1000 ədəd üçün 12 manat 90 qəpikdən, 14 manata qaldırılıb.
Qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, "homogenləşdirilmiş" və ya "bərpa edilmiş" tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin aksiz dərəcəsi isə 1 kq üçün 30 manat olacaq. Qəlyan və onların əvəzedicilərinin 1 ədəd üçün isə aksiz dərəcəsi 0,25 manat müəyyənləşdirilib.
Bu isə tütün məmulatlarının qiymətinin artmasını qaçılmaz edəcək.
Mövzuya münasibət bildirən Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Rövşən Şərifov "Xəzər Xəbər"ə deyib ki, bu artım daxili istehsala təsir etməməlidir.
Eyni zamanda, "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nə dəyişiklik edilib. Beləliklə, 2024-cü il 31 dekabr tarixinədək qüvvədə olacaq bu qərara əsasən, idxal edilən qəlyan üçün tütün əvəzləyicilərinin 1 kiloqramına 1 ABŞ dolları gömrük rüsumu müəyyən edilib. İdxal edilən birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər ədədinə isə 15 % gömrük rüsumu tətbiq ediləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR