Şirkət rəhbəri 50-yə yaxın şəxsi ABŞ-a aparacağını deyərək aldatdı
Karantin zamanı 50-yə yaxın şəxsi ABŞ-a aparacağı ilə aldadan şirkət rəhbəri haqda hüquq-mühafizə orqanlarına şikayət olunub.
Müraciət edən vətəndaş Abbas Yaqubov bildirib ki, sosial şəbəkədə "Smart Business Group" adlı şirkətin fəaliyyəti ilə tanış olub: "Ofisləri Caspian Plaza"da 7-ci mərtəbə yerləşirdi. Şirkətin rəhbəri özünü bizə "Azər Əliyev" kimi təqdim etsə də, sonradan onun Xəlilov Anar Tapdıq oğlu olduğunu öyrəndik.
Martın əvvəli qeydiyyatdan keçdim. "Work and Travel" layihəsi ilə ABŞ-a gedib oteldə işləyəcəkdim. Buna görə ümumi 5 min manat ödəməli idi, mart ayında 1600, aprelin 18-də də əlavə 1600 manat ödədim. Karantin vaxtı hər yer, sərhədlər və uçuşlar bağlı olsa da, Anar Xəlilov deyirdi ki, ABŞ səfirliyi tezliklə uçuşların bərpa olunacağını deyib. Deyirdi, sərhədlər açılmasa da onun tanışları var, həll edəcək. Pulu verəndən sonra gördüm məsələ alınmır, müqaviləni ləğv edib pulumu geri istədim. Amma iki ay ərzində müxtəlif vədlər verib pulu qaytarmadı. İyulun sonunda bizə sosial şəbəkədə səsli mesaj göndərərək dedi ki, "mən xaricdəyəm, hara istəyirsiniz, şikayət edin". Mən tək deyiləm, təhsil üçün getmək istəyənlər də var idi. Bəzi vətəndaşlardan 10 min manatdan çox pul alıb. Bizim hesabımıza görə, 100 min manatdan çox pul "atıb".
A.Yaqubov qeyd edib ki, həmin şəxslə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər: "Biz bundan sonra 30-a yaxın zərərçəkmiş Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdik. Amma hələ də müraciətimizlə bağlı araşdırma aparılmır, heç bir iş görülmür. Polis İdarəsində bizə dedilər ki, həmin şəxslə bağlı 50-yə yaxın şikayət var". (qafqazinfo) /open.az
Turlar.az [newsid: 0-123300]

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib