Şirkətlər bu bankdan 7 mln. manatdan çox əmanəti geri çəkib

Şirkətlər bu bankdan 7 mln. manatdan çox əmanəti geri çəkib"Bank Avrasiya" 2023-cü ilin birinci yarımilində 2,3 milyon manat xalis mənfəət əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 13,7 dəfə çoxdur.
azxeber.com bu barədə bankın maliyyə hesabatlarına istinadən xəbər verir.
Hesabata görə, bankın xalis faiz gəlirləri 34,5% artaraq 8,01 milyon manat, faiz xərcləri 94% artaraq 16,8 milyon manata çatıb. Nəticədə, bankın xalis faiz gəlirləri 55,1% artaraq 6,5 milyon manata yüksəlib. "Bank Avrasiya"nın qeyri-faiz gəlirləri 17,5% azalaraq 1,13 milyon manata, qeyri-faiz xərcləri isə 23% artaraq 3,8 milyon manata bərabər olub. Son nəticədə bankın əməliyyat mənfəəti də 55,3% artaraq artaraq 3,8 milyon manat təşkil edib.
İlin əvvəli ilə müqayisədə bank 8% kiçilib. Belə ki, 1 iyul 2023-cü il tarixinə "Bank Avrasiya"nın cəmi aktivləri 206,3 milyon manata enib.
Bu dövrdə bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.1% artaraq 120 milyon manata bərabər olub.
Hesabat dövründə "Bank Avrasiya"nın cəmi öhdəliklərinin həcmi isə 13,3% azalaraq 130,3 milyon manata enib. Eyni dövrdə bankın depozit portfeli 6,3% azalaraq 79,7 milyon manatdan 74 milyon manata enib. Depozit portfelində azalma şirkətlərin bankdan 7,2 milyon manat vəsaiti geri çəkməsi ilə bağlı olub. Belə ki, hüquqi şəxslərin bankdakı depozitləri ilin əvvəlindəki 12,6 milyon manatdan 5,4 milyon manata enib. Fiziki şəxslərin bankdakı depozitləri isə əksinə, 2,2% artaraq 68,5 milyon manata bərabər olub,
2023-cü il iyul ayının 1-nə bankın cəmi kapitalının həcmi 76,3 milyon manata bərabər olub ki, bu göstərici ötən ilin sonu ilə müqayisədə 3% çoxdur.

İqtisadiyyat       Tarix: 26 iyul 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xeberler sou xeberler bugun hava haqqinda xeberler bu gun