Siyasi partiyalar İlham Əliyevə müraciət etdi

Siyasi partiyalar İlham Əliyevə müraciət etdiAzərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Prezident İlham Əliyevə müraciət edib.
KONKRET.az xəbər verir ki, müraciətdə deyilir:
"Möhtərəm cənab Prezident,
Azərbaycan xalqının milli birliyi, müzəffər Ordumuzun qəhrəmanlığı və Zati-alinizin qətiyyətli siyasi iradəsi bütün dünya azərbaycanlılarına bugünkü qürur dolu anları yaşadır. Siyasi baxışlarından asılı olmayaraq indi hər bir Azərbaycan vətəndaşı dərk edir ki, tarixin bütün dövrlərində başımıza gələn faciələrin, torpaqlarımızın itirilməsinin, soydaşlarımızın öz doğma yurdlarından didərgin salınmasının, suverenliyimizin pozulmasının başlıca səbəbi milli birliyin olmaması, hərbi və iqtisadi gücümüzün zəifliyindən irəli gəlmişdir.
Uzun zaman ərzində böyük səbir, təmkin və iradə göstərərək Azərbaycanın daxili və xarici siyasətində nail olduğunuz uğurlar ölkəmizi addım-addım Zəfər gününə, ərazi bütövlüyünün təmin olunmasına, suverenliyinə yaxınlaşdırmışdır. Öncə əhalinin rifahının yaxşılaşdırılması, bölgələrimizin inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir ordu quruculuğu gərgin zəhmətinizin nəticəsində mümkün olmuşdur. Ölkəmizdə yaşayan müxtəlif etnik və dini kimliklərə mənsub vətəndaşlarımıza bərabər münasibət, söz və fikir azadlığının təmin olunması, demokratiya və plüralizmin inkişafı, siyasi dialoqun bərqərar olması ölkəmizin bugünkü qürur dolu tarixinin sütunları hesab edilə bilər. Heç şübhəsiz, bütün bunlar yalnız böyük amallara xidmət edən və ali hədəflərə yönələn, hər bir addımında dövlətini və xalqını düşünən siyasi liderin qətiyyətinin nəticəsində mümkün olmuşdur.
Ötən 20 il ərzində Azərbaycan Sizin rəhbərliyiniz altında öz ərazi bütövlüyünü təmin etmək, suverenliyini bərpa etmək, məcburi köçkünlərimizin doğma torpaqlarına qayıtmasına nail olmaq üçün çətin sınaqlardan keçmişdir. Siz Qarabağda kök salmış cinayətkar rejimin, terrorçu dəstələrin, onların xarici havadarlarının ölkəmizə yönələn təhdidlərinin qarşısının alınması üçün beynəlxalq təşkilatların, beynəlxalq hüququn gücünə tam arxayın olmamış, bu illər ərzində Azərbaycan üçün güclü iqtisadiyyat və müasir ordu qurmusunuz. Bununla yanaşı, Siz Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, ölkəmizin dünya birliyində layiqli yer tutması, güclü beynəlxalq tərəfdaşlar qazanması üçün uzaqgörən siyasət həyata keçirmisiniz. Bu baxımdan 44 günlük haqq savaşımızda bütün Azərbaycan xalqı həm də xarici siyasətdə əldə olunan uğurların möhtəşəmliyinə şahidlik etmişdir.
Möhtərəm cənab Prezident,
İndi Azərbaycan dövləti uzun tarixi dövrdən sonra Vətən müharibəsi Zəfərinin təntənəsini yaşayır. Azərbaycan ərazisində heç bir mənəvi, siyasi və hüquqi əsası olmadan yaradılan qondarma rejim böyük Qələbənin nəticəsində tarixin qaranlığına qərq olmuşdur. Bu gün böyük siyasi iradənin, milli birliyin, güclü ordunun nəticəsində Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə dalğalanır. Azərbaycan Respublikasının Konstitusiyası bütün ölkə ərazisində vahid ana qanun kimi tətbiq olunur. Yaşadığımız bu böyük tarixi anlar beynəlxalq hüququn nəticəsində deyil, məhz güclü iqtisadiyyatımızın, qəhrəman Ordumuzun və milli birliyimizin, həmrəyliyimizin nəticəsində mümkün olmuşdur.
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ölkəmizin xoşbəxt gələcəyi naminə bir daha siyasi həmrəyliyini bildirir, xalqımızın firavanlığı, dövlətimizin əbədi suverenliyi üçün apardığınız uğurlu daxili və xarici siyasətdə Zati-alinizə dəstəyini bəyan edir.
1. Yeni Azərbaycan Partiyası
2. Vətəndaş Həmrəyliyi Partiyası – sədr Sabir Rüstəmxanlı
3. "Ana Vətən" Partiyası – sədr Fəzail Ağamalı
4. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – sədr Qüdrət Həsənquliyev
5. Böyük Quruluş Partiyası – sədr Fazil Mustafa
6. Demokratik İslahatlar Partiyası – sədr Asim Mollazadə
7. Vəhdət Partiyası – sədr Tahir Kərimli
Ətraflı
8. Azərbaycan Demokratik Maarifçilik Partiyası – sədr Elşən Musayev
9. Milli Cəbhə Partiyası – sədr Razi Nurullayev
10. REAL Partiyası – sədr İlqar Məmmədov
11. Haqq Ədalət Partiyası – sədr Əli İnsanov
12. Azərbaycan Demokrat Partiyası – sədr Sərdar Cəlaloğlu
13. Ədalət Partiyası – sədr İlyas İsmayılov
14. Azərbaycan Ümid Partiyası – sədr İqbal Ağazadə
15. Klassik Xalq Cəbhəsi Partiyası – sədr Mirmahmud Fəttayev
16. "Azərbaycan Milli İstiqlal" Partiyası – sədr Arzuxan Əlizadə
17. Müasir Müsavat Partiyası – sədr Hafiz Hacıyev
18. Milli Dirçəliş Hərəkatı Partiyası – sədr Fərəc Quliyev
19. "Böyük Azərbaycan" Partiyası – sədr Elşad Musayev
20. Ağ Partiyası – sədr Tural Abbaslı
21 . Azad Vətən Partiyası – sədr Akif Nağı
22. Gələcək Azərbaycan Partiyası – sədr Ağasif Şakiroğlu
23. Yeni Zaman Partiyası – sədr Musa Ağayev".

Siyasi     Baxılıb: 106   Tarix: 16 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

İran İsrailin nüvə proqramına dair məxfi sənədləri açıqladı – ŞOK DETALLAR BİLİNDİ

İran mediası İsrailin nüvə proqramına dair əldə edilən məxfi sənədlərin ilk hissəsini ictimaiyyətə təqdim edib. Məlumata görə, sənədlər birbaşa İsrail rejimindən əldə olunub və beynəlxalq ictimaiyyətə, xüsusilə də Beynəlxal

Ərdoğan Pezeşkiyanla danışdı: Nələr müzakirə edilib?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkiyanla telefon danışığı aparıb. xəbər verir ki, Ərdoğan söhbət zamanı İsrailin İrana qarşı həyata keçirdiyi qanunsuz hücumları qətiyyətlə pislədiyini bildiri

Hakan Fidan Ceyhun Bayramovla İsrail-İran gərginliyini müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Misirdən olan həmkarları ilə İsrail-İran münaqişəsi ətrafındakı vəziyyəti müzakirə edib. Bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbə bildirib

İlham Əliyev Fələstinin yeni səfirinin etimadnaməsini qəbul ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Fələstin Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əhməd Metaninin etimadnaməsini qəbul edib. KONKRET.azxəbər verir ki, səfi

İran müharibəni dayandırmaq üçün bu dövlətlərdən kömək istəyib - SİYAHI

"İran İslam Respublikası aldığı zərbələrdən toparlanmaq üçün mümkün qədər tez atəşkəs əldə etməyə çalışır və vasitəçilik üçün dövlət başçılarına müraciət edir". xəbər verir ki, bu barədə İsrailin "israelhayom"

Hikmət Hacıyevdən agent iddialarına SƏRT REAKSİYA

Son günlər bəzi media qurumlarında və sosial media platformalarında Azərbaycanla bağlı tamamilə əsassız və uydurma məlumatlar yayılır. KONKERT.azxəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasını

Hikmət Hacıyev: Heç kim bizdən ötrü yeni Orta Dəhliz qurmaq fikrinə düşməməlidir

Azərbaycan özünü Orta Dəhlizin iki mühüm iqtisadi güc mərkəzi - Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəf kimi görür. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasə

İran Rusiyadan hərbi yardım istədi – Kremlin cavabı

İsrailin İranın nüvə obyektlərinə ağır zərbə endirməsindən sonra Tehran Moskvanı Rusiyaya bütün silah tədarükünü dayandırdığı barədə xəbərdar edib. xəbər verir ki, bu barədə "Kremlyovskaya Tabakerka" kanalı Rusiy

Ceyhun Bayramov: Azərbaycan ərazisindən qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat paylaşıb. Telefo


azerbaycan xeberleri son xeberler yeni xeberler butun xeberler xeber.az 2025 sou xeberler bu gunun xeberleri haqqinda melumat