Siyasi partiyalarla bağlı mühüm layihə

Siyasi partiyalarla bağlı mühüm layihəSiyasi partiyalar, dini qurumlar tərəfindən daimi arbitraj təşkilatlarının yaradılmasına yol verilməyəcək.
KONKRET.az xəbər verir ki, bu, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Arbitraj haqqında" yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, daimi arbitraj təşkilatı mübahisənin həlli üçün arbitraj məhkəməsinin səlahiyyətlərinə aid məsələlər istisna olmaqla, arbitraj icraatının idarə edilməsi, arbitrajın
təşkilatı təminatı, o cümlədən arbitrajın təyin olunması, onlara etiraz edilməsi va onların səlahiyyətinə (mandatına) xitam verilməsi məsələlərin həlli, kargüzarlıq, arbitraj
haqlarının və digər arbitraj xərclərinin ödənilməsinin təşkili funksiyalarını həyata keçirir.
Daimi arbitraj təşkilatı "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri
haqqında" qanuna uyğun olaraq dövlət qeydiyyatına alınmış və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda)
akkreditasiyadan keçmiş qeyri-Kommersiya hüquqi şəxsidir. Dövlət orqanları, bələdiyyələr, dövlət və bələdiyyələrə məxsus hüquqi şəxslər, publik hüquqi şəxslər( bu qanunda qeyd edilənlər nəzərə alınmaqla), siyasi partiyalar, dini qurumlar, Vəkillər Kollegiyası, Notariat Palatası və Mediasiya Şurası tərəfindən daimi arbitraj təşkilatlarının yaradılmasına yol verilməyəcək.
Qanunla müəyyən edilmiş hallarda sahibkarların hüquq va qanuni mənafelərini müdafiə edən publik hüquqi şəxslər tərəfindən daimi arbitraj təşkilatları yaradıla bilər.
Daimi arbitraj təşkilatının adında "arbitraj məhkəməsi" sözlərindən istifadə
edilməsi qadağandır. Daimi arbitraj təşkilatının adı Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin adlarına bənzəməməli və ve səlahiyyətləri ilə əlaqədar mülki dövriyyə iştirakçılarını yanıltmamalı və ya yanılda bilən olmamalıdır.
Daimi arbitraj təşkilatının akkreditasiyası zamanı daimi arbitraj təşkilatının qanunun tələblərinə cavab verən qaydalara və azı 3 (üç) arbitrin daxil olduğu ilkin arbitr
siyahısına malik olması, daimi arbitraj təşkilatının müstəqilliyi, fəaliyyətinin təşkili üçün
müvafiq struktur bölmələrinin, o cümlədən həmin struktur bölmələrinin fəaliyyətini tənzimləyən daxili qaydaların, arbitraj proseslərinin idarə edilməsi üçün insan və maliyyə
resurslarının və zəruri infrastrukturun mövcud olması, işçilərinə münasibətdə etik davranış qaydalarına, fəaliyyətin şəffaflığına və effektiv daxili nəzarətə dair sənədlərin qəbul edilməsi məsələləri qiymətləndirilir.
Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Daimi arbitraj təşkilatının qaydalarında həmin təşkilat tərəfindən idarə olunan
mübahisələrin növləri, onun funksiyaları, arbitraj icraatının aparılması qaydası, arbitraj
icraatı zamanı arbitraj məhkəməsinin və daimi arbitraj təşkilatının səlahiyyətləri,
arbitrlərin müstəqilliyinin və qərəzsizliyinin təmin edilməsi üçün tələblər, arbitraj
xərclərinin tərkibi (o cümlədən arbitraj haqqının məbləği və ya onun müəyyən edilməsi)
və onun bölüşdürülməsi, habelə işlərin saxlanması qaydaları və daimi arbitraj təşkilatının funksiyalarına aid digər məsələlər müəyyən edilir.
Bu müddəalar beynəlxalq və ya xarici daimi arbitraj təşkilatlarına tətbiq edilməyəcək.

Siyasi       Tarix: 30 oktyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl


son xeberler yeni xeberler azerbaycan xeberleri axsam.az xeberler qurban bayrami 2026 meherremlik 2026 ən son xəbərlər