Siyavuş Novruzov: 'Zori Balayanla bağlı Avropa Məhkəməsinə müraciət etməliyik
Avropa Şurasında mənəvi terrorla məşğul olurlar.
Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin dekabrın 30-da payız sessiyası üzrə keçirilən son plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, dəfələrlə Azərbaycana qarşı terror aktları törədilib: "Bunu da həmin hərəkəti edənlər özləri boynuna alıb. Misal olaraq, Xocalı soyqırımı ilə bağlı Zori Balayan uşaqların necə yandırıldığını, vətəndaşlarımızın başına acılan müsibətlərlə bağlı özü kitab yazıb. Həmin kitabı da özü təqdim edib. Bax, biz də həmin kitabı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə və digər məhkəmələrə təqdim etməliyik. Bütün faktları biz yox, məhz özləri etiraf edir ki, türklərə qarşı nifrətimiz var. Onlar etnik və milli təmizləməyə görə dünyada ən böyük cinayəti törədiblər".
S.Novruzov qeyd edib ki, ən böyük terror mənəvi terrordur: "Bu gün Avropa Şurasında, Avropa Parlamentində mənəvi terrorla məşğul olurlar. Bəzi adamları çağırıb Azərbaycan əleyhinə fikir söylədirlər. Azərbaycanda maşın yuyanları, satanları, ailə tərbiyəsi olmayanları orada çıxış etdirirlər. Ora gedən bizim deputatlara hücum çəkirlər. Odur ki, bu mənəvi terrorun da qarşısı alınmalıdır. İnsanların ailəsini təhqir edib söyüş söyürlər. Milli Məclisin bütün deputatlarını təhqir edirlər. Protokolları təsdiq edəndə, gərək qarşılığında vəsatət qaldıraq ki, bizim işimizə qarışmasınlar. Heç kəsin daxili işlərinə qarışmadığımıza görə kimsə də bizim işimizə qarışmasın. Protokollarda qəti fikrimizi ortaya qoymalıyıq".
///Report

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi