Şöbə müdiri: 'Boşanmaların təşəbbüskarı 70 faiz hallarda qadınlardır
"Boşanmaların təşəbbüskarı 70 faiz hallarda qadınlardır".
Bunu "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda Milli Məclisdə keçirilən ictimai dinləmə zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib. O bildirib ki, bu cür boşanmalarda səbəb kimi bir çox hallarda xasiyyətin uyğun gəlməməyi göstərilir.
Ailə, qadın, uşaq problemləri üzrə bir sıra problemlərə toxunan T.İbrahimova uşaq doğumlarında cins nisbətinin pozulmasına, çoxuşaqlı ailələrin sayının azalmasına da diqqət çəkib:
"Uşaqların 15 faizi nikahdankənar doğulur. Üç və daha çox uşağı olan ailələrin sayı getdikcə azalır. Eyni zamanda, yenidoğulmuşlar arasında cins nisbəti ciddi şəkildə pozulur".
O, aliment fondunun yaradılması ilə bağlı müzakirələrə də münasibət bildirib:
"Araşdırmalar göstərir ki, aliment fondunun yaradılması zəruridir".
T.İbrahimova, həmçinin diqqətə çatdırıb ki, qəsdən adamöldürmə cinayətlərinin təxminən yarısı ailə münaqişəsi zəminində baş verir.
O qeyd edib ki, ölkəmizdə hələ də qızqaçırma - adam oğurluğu hallarına rast gəlinir.
T.İbrahimova bildirib ki, ailə qanunvericiliyi ilə bağlı yeni dəyişikliklər paketi hazırlanıb, yaxın zamanda Milli Məclisə təqdim olunacaq / azxeber.com

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi