SOCAR ötən il 2 milyard manatdan çox xalis mənfəət əldə edib

SOCAR ötən il 2 milyard manatdan çox xalis mənfəət əldə edibAzərbaycan Dövlət Neft Şirkətində (SOCAR) həyata keçirilən optimallaşdırma və texnoloji transformasiya tədbirləri nəticəsində 2021-ci ildə əməliyyat effektivliyini əhəmiyyətli dərəcədə artırmağa nail olub.
azxeber.com-un SOCAR-a istinadən verdiyi məlumata görə, şirkətin ümumi dövriyyəsi 56,3 % artaraq 77,5 milyard manata çatıb.
Hesabat dövründə SOCAR-ın gəlirlərinin artmasına müəssisələrin inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, həmçinin dünya bazarında neft, qaz və neft-kimya məhsullarının qiymətlərinin yüksəlməsi səbəb olub.
Beləliklə, SOCAR gəlir marjasını 10,2 %-dən 11,4 %-ə, əməliyyat mənfəətini isə 10,3 dəfə artıraraq 4,93 milyard manata yüksəldib və 2021-ci ili 2,12 milyard manat xalis mənfəətlə başa vurub.
Bu, şirkətin konsolidasiya olunmuş maliyyə hesabatlarının hazırlanmağa başladığı 2008-ci ildən etibarən ən yüksək göstəricidir.
Gəlirin əsas hissəsi xam neft və neft məhsullarının satışından əldə edilib.
Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, "Petkim" və STAR Neft Emalı Zavodunun (NEZ) inteqrasiyalı fəaliyyəti nəticəsində yaradılan güclü sinerji ilə hər iki müəssisə fasiləsiz istehsal prosesinə nail olub, rəqabət qabiliyyətini artırıb.
2021-ci ildə "Petkim" və STAR NEZ-də istehsal potensialından istifadə əmsalı müvafiq olaraq 92,6% və 100,8%-ə yüksəlib. Bununla yanaşı, "SOCAR Polymer" və "SOCAR Karbamid" zavodlarının ümumi istehsal həcmi müvafiq olaraq 44 % və 197,3 %, ixrac gəlirləri isə 152 % və 11 dəfədən çox artıb. Müəssisələrin istehsal əməliyyatlarında tətbiq edilən rəqəmsal texnologiyalar əməliyyat effektivliyinin və gəlir marjalarının yüksəlməsinə əhəmiyyətli təsir göstərib.
Hesabat ilində SOCAR-ın cari aktivləri 31,1% artaraq 23,9 milyard manata çatıb, cari öhdəlikləri isə 1,6% azalaraq 20,3 milyard manatadək azalıb. Şirkətin ümumi aktivləri 8,1%-lik artımla 69,4 milyard manata yüksəlib.
SOCAR-ın cəmi kapitalında və nağd pul vəsaitlərinin həcmində də artım tendensiyası müşahidə olunub. Belə ki, SOCAR-ın cəmi kapitalı 3,8% artaraq 22,75 milyard manata, nağd pul vəsaitləri isə 46,5% artaraq 9 milyard manata yüksəlib.
Şirkətin 31.12.2021-ci il tarixinə hazırlanmış maliyyə hesabatına nüfuzlu beynəlxalq audit şirkəti olan "Ernst & Young Holdings (CIS) B.V." müsbət rəy verib.

İqtisadiyyat       Tarix: 07 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber az valyuta mezenesi xeberlər meherremlik 2026