ŞOK İDDİA: Hərbi Hospital qazilərin ayağının amputasiyasını qadağan edib

ŞOK İDDİA: Hərbi Hospital qazilərin ayağının amputasiyasını qadağan edibPsixoloq Ramil Nəcəfli qazilərin müalicəsi ilə bağlı səhiyyədə yol verilən olduqca neqativ və acınacaqlı bir faktı açıqlayıb. O, haqqında bəhs edəcəyi məsələnin ictimailəşdirilməsindən həkimlərin ehtiyat etdiyini də dilə gətirib.

KONKRET.az jurnalistin Facebook səhifəsində paylaşdığı həmin faktı olduğu kimi təqdim edir:
"Deməli, bir neçə qazi var ki, ayağı tamamilə sıradan çıxıb. Nəinki sağala bilər, hətta həmin qazilərin həyatını cəhənnəmə çevirir. Aylarla zülm çəkirlər. Yalvarırlar ki, belə ayağı istəmirəm, kəsin bunu…
Ən yaxşı həkimlər ümumi rəy verib ki, ayaq kəsilməlidir. Tibbi dildə amputasiya olunmalıdır və yerinə protez qoyulması xəstənin həyat keyfiyyətini yaxşılığa doğru dəyişər.
Amma Hərbi Hospital bütün həkimlərə həmin qazilərin ayağını kəsməyi qadağan edib. Deməli, qazinin ayağını hər 3-4 aydan bir boş yerə əməliyyat edirlər. Özləri də bilir ki, bunun heç bir mənası yoxdur, amma kəsmirlər. Sadəcə ayaq üzərində müxtəlif əməliyyatlar edirlər. Hər dəfəsində də YAŞAT fondundan minlərlə manat pul silinir.
Çünki hospital rəhbərliyinə qazilərin yararsız və sağalmayan, çarəsiz ayaqlarını kəsib problemi kökündən həll etməkdənsə, onu 10-15 dəfə boş yerə əməliyyat etmək maddi cəhətdən sərfəlidir.
Elə qazi var ki, ayağıni 20 dəfə əməliyyat edirlər.
Adam intihar həddindədir. Yalvarır-yaxarır ki, istəmirəm bu ayağı, bundansa protezlə gəzərəm. İşin peşəkarı həkimlər də deyir, bu ayaqdan ayaq olmaz, sağalmayacaq. Amma göstəriş budur ki, kəsmək qadağandır, salın, xəstəni bir də əməliyyat edin. Qəti kəsməyin ayağı.
Tibbi jurnalist olaraq soruşuram: nə deməkdir bu?
Niyə bunun qarşısı alınmır?
Kim məsuliyyət daşıyır buna görə?
YAŞAT fondundan silinən o pullarla yüzlərlə qaziyə effektiv kömək etmək olar axı.
Kimisini 15 dəfə boş yerə əməliyyat edib, prosesi uzadaraq pul silirlər, kimilərinə də pul əsirgəyirlər".
ŞOK İDDİA: Hərbi Hospital qazilərin ayağının amputasiyasını qadağan edib

Sağlamlıq       Tarix: 18 noyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün son xəbər son xeberler az sosial yardim