SON DƏQİQƏ! ABŞ İrana qarşı HƏRƏKƏTƏ KEÇİR: 70 təyyarə, 16 gəmi və 40 min hərbçi cəmləşdirildi
ABŞ Yaxın Şərqdə 16 döyüş gəmisi, təxminən 40 min hərbçi və hər birində orta hesabla 70 təyyarə olan ən azı yeddi aviasiya qanadından ibarət böyük hərbi qüvvə toplayıb. Bu barədə Financial Times qəzeti məlumat yayıb.
KONKRET.az xəbər verir ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp "nəhəng armadanın" İran istiqamətində hərəkət etdiyini bildirib və İslam Respublikasının danışıqlar masasına əyləşərək nüvə silahından tam imtinanı nəzərdə tutan "ədalətli və bərabərhüquqlu" sazişə razılaşacağına ümid etdiyini deyib.
Eyni zamanda İranın xarici işlər naziri Abbas Araqçi fevralın 8-də vurğulayıb ki, hərbi qarşıdurma təhlükəsi yaransa belə, ölkə uranın zənginləşdirilməsi hüququnu özündə saxlayır.
Nəşrin yazdığına görə, ABŞ-ın daha əvvəl İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində yerləşən bazalarda hər birində təxminən 70 hava texnikası olan beş aviasiya qanadı mövcud idi. Sonradan daha iki aviasiya qanadı — USS Abraham Lincoln və USS Gerald R. Ford aviadaşıyıcılarının üzərində yerləşdirilib.
Qəzet Tel Aviv University-nin məlumatlarına istinadən bildirir ki, İordaniyada yerləşən "Muvaffaq Salti" hərbi bazasında azı 66 qırıcı təyyarə mövcuddur. Bunlara 18 F-35, 17 F-15, səkkiz A-10, eləcə də radioelektron mübarizə təyyarələri və nəqliyyat təyyarələri daxildir. Peyk kəşfiyyatının məlumatlarına görə, Səudiyyə Ərəbistanındakı aviabazada da qırıcıların sayı artıb.
Məlumata əsasən, Trampın dəniz "armadasına" ümumilikdə 16 döyüş gəmisi və iki dəstək gəmisi daxildir. Regiondakı bazalarda və dənizdə isə təxminən 40 min ABŞ hərbçisi yerləşdirilib.
Natiq Səlim,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq