SON DƏQİQƏ: Bakı və İrəvan arasında bu tarixdə sülh imzalanacaq

SON DƏQİQƏ: Bakı və İrəvan arasında bu tarixdə sülh imzalanacaq"Ermənistanda gələn ilin əvvəlində növbədənkənar parlament seçkilərindən sonra Azərbaycanla sülh müqaviləsinin imzalanması mümkündür. Hazırda baş nazir Nikol Paşinyan seçkilər öncəsi həm müxalifətə, həm də kilsəyə qarşı təzyiqləri artırmaqla daxili müqaviməti zəiflətməyə çalışır."
Bu barədə politoloq Məhəmməd Əsədullazadə KONKRET.az-a şərhində bildirib.
Politoloq qeyd edib ki, N.Paşinyan Rusiyaya bağlı şəxslərin Ermənistan siyasətinə təsirini zəiflətmək üçün son aylar sistemli addımlar atır. "Yerevan məhkəməsinin Rusiyada fəaliyyət göstərən tanınmış iş adamı, "Taşir" şirkətlər qrupunun rəhbəri Ara Abramyanın torpaq sahəsini müsadirə etməsi bunun bariz nümunəsidir. Abramyan Rusiya ilə yaxın əlaqələri olan, həmçinin həbsdə olan Samvel Karapetyana yaxın şəxsdir", – deyə o bildirib.
Politoloq vurğulayıb ki, Paşinyan Rusiya yönlü qüvvələri sıradan çıxarmaq üçün yalnız biznes dairələri ilə kifayətlənmir, həm də siyasi təsirləri hədəf alır: "Hazırda o, Gümrüdə yeni seçilmiş Rusiya meylli meri həbslə təhdid edir. Digər bir vacib hədəf isə Ermənistan Apostol Kilsəsinin rəhbəri II Qaregendir. Paşinyan hesab edir ki, katalikos müxalifətin əsas ideoloquna çevrilib və Moskvadan idarə olunur".
Məhəmməd Əsədullazadənin sözlərinə görə, Paşinyan II Qaregini istefaya məcbur etmək üçün Eçmiədzində tərəfdarlarını səfərbər edib və kilsəyə qarşı ictimai etimadı sarsıtmağa çalışır: "O, bu istiqamətdə bir neçə dəfə qərar versə də, Rusiya təzyiqləri ilə geri çəkilib. Ancaq görünən odur ki, yaxın aylarda təzyiqlər daha da artacaq və II Qaregini istefaya göndərmək planı reallaşa bilər".
Politoloq əlavə edib ki, Paşinyan üçün kilsə daxilində əsas müxalif fiqurun aradan götürülməsi seçkilərə radikal və təsirli müxalifət olmadan getmək imkanı yaradacaq: "Bu, ona parlament seçkilərində qələbə qazandırmaqla bərabər, sülh gündəliyini irəli aparmaq şansı da verəcək. Əgər payızda katalikos istefa verərsə, 2026-cı ilin əvvəlində növbədənkənar seçkilər keçirilə bilər. Ardınca apreldə konstitusiya referendumu və yay aylarında Azərbaycanla sülh müqaviləsinin bağlanması mümkündür".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 29 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed


azerbaycan xeberleri yeni xeberler son xeberler şou biznes xəbərləri azerbaycanda son xeberler cəbhədən canlı hava haqqinda