SON DƏQİQƏ: Qazaxıstan taxıl və un ixracını məhdudlaşdıracaq - ƏTRAFLI
İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir
Aprelin 15-dən iyunun 15-dək Qazaxıstan hakimiyyəti taxıl və unun ixracına məhdudiyyətlər qoyacaq.
KONKRET.az-ın mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin birinci müavini Aydarbek Saparov deyib.
"Buğda üçün kvotanın həcmi bir milyon ton, un üçün 300 min tondur", – Saparov onlayn brifinqdə deyib.
Nazir müavininin sözlərinə görə, məhdudiyyət daxili bazarda qıtlığın yaranmaması və un dəyirmanlarının yüklənməsi üçün lazımdır. Hökumət rəsmisi əmindir ki, ölkədə mövcud olan taxıl və unun həcmi daxili tələbatı ödəməyə kifayət edir.
Qeyd edək ki, martın ortalarında Rusiya iyunun 30-dək taxılın (xüsusən də buğdanın) Aİİ ölkələrinə ixracına qadağa qoyub. Bu, belə məhsulların qiymətində ciddi artıma səbəb olub. Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyi taxıl ixracına müvəqqəti qadağanın daxili bazarda buğda və unun həcminə təsir etməyəcəyini bildirib. Eyni zamanda, Özbəkistan hakimiyyəti Qazaxıstandan əlavə 100 min ton buğda almağa qərar verib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı