SON DƏQİQƏ: Rusiya Ukraynadakı Azərbaycan səfirliyinə hücumla bağlı AÇIQLAMA YAYDI
Rusiya Xarici İşlər Nazirliyi Ukraynadakı Azərbaycan səfirliyinin və digər obyektlərin hədəfə alınması iddiası ilə bağlı açıqlama yayıb.
KONKRET.azxəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Ukraynadakı Azərbaycan obyektlərinə qarşı hücum iddiası həqiqətə uyğun deyil.
O, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşündə bildirib.
"Rusiya tərəfi Kiyevdəki Azərbaycan diplomatik nümayəndəliyi ilə bağlı baş verən hadisədən təəssüfünü bildirib və bu məsələ ilə bağlı Bakının xahişini nəzərdən keçirir. Mövcud məlumatların araşdırılması nəticəsində Kiyevdəki Azərbaycan diplomatik nümayəndəlik kompleksinə dəyən ziyanın çox güman ki, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin nasazlığı və "Patriot" raketinin zərbəsi nəticəsində baş verdiyi müəyyən edilib".
Söhbət zamanı Rusiya tərəfi həmçinin Kiyev rejiminin beynəlxalq humanitar hüququ pozaraq yaşayış məntəqələrində hava hücumundan müdafiə sistemləri də daxil olmaqla hərbi qurğular yerləşdirməyə davam etdiyinə və bununla da mülki əhalini təhlükəyə atdığına diqqət çəkib.
Müşviq Tofiqoğlu
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib